
Bu gün Bakı Apelyasiya Məhkəməsində iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranan insidetlə bağlı qaldırılan cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Telman Seyfullayevin apelyasiya şikayətlərinə baxılıb. Şikayətlər təmin edilməyib. Yalnız Telman Seyfullayev onlayn prosesə qoşulub. O, fiziki işgəncəyə məruz qalmasına bildirməsə də, 10 gündür eyni paltarda yatıb durduğunu məhkəmə tərkibinə onlayn qoşulma zamanı çatdırıb.
Onun vəkili Bəxtiyar Hacıyev bir neçə vəsatət qaldırsa da hakim vəsatətləri təmin etməyib. Vəkil yaxın günlərdə Telman Seyfullayevin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə məhkəməyə müraciət edəcəyini deyib.
azadliq.info