Milli Şuranın sədri Cəmil Həsənli
İlk gündən yazmışam meydanlara çıxan on minlərlə insanın ordumuza və Qarabağa səmimi dəstək ifadə etmək niyyətini yüksək dəyərləndirməklə yanaşı, məlum aksiyanın pərdə arxası məqamları var idi. 14 iyulda da, ondan əvvəl və sonrakı olaylarda da xalqa, Xalq Cəbhəsinə tələ qurmuşrdular. Hətta aksiyanın gecə vaxtına “təsadüf” etməsi də səbəbsiz deyildi. Niyə axı bu “xoş” niyyətli rəhbərlər yürüş-mitinqin bilavasitə karantin şəraitində gecə keçirilməsinə “göz” yummuşdular.
Yeni aldığımız məlumata görə 14 iyulun ilk bayraqların qaçqın yataqxanaları qarşısında DİN-lə bağlı olan qüvvələr qaldırıb və meydanlara axışmağın ilk çağırışlarını da onlar səsləndiriblər. Lakin öz qəlbinin hökmü ilə aksiyaya axışanların sayı hökumətin gözlədiyindən dəfələrlə çox olub və şok effekti yaradıb. Məqsəd Əli Kərimlini və vətənpərvər cəbhəçiləri meydanlara çıxarmaq və onları “qanuni” yolla əzmək üçün “hüquqi” əsaslar yaratmaq imiş. Əldə olunan məlumatlarda qeyd olunur ki, iyulun 14-dən 15-nə keçən gecə saat 3-qədər Əli Kərimlini Milli Məclisin qarşısında gözləyiblər.
Aksiyanın gedişində tez-tez Əli Kərimliyə çağırış edilməsi, onun meydana “dəvət” edilməsi, mübarizəyə qalxmış xalqla “həmrəylik” nümayiş etdirməsi kimi şüarlar bu çirkin niyyətlərə xidmət edirmiş. Şübhəsiz ki, bu çağırışçıların arasında səmimi olanları da istisna edilmir. Amma ən dəhşətlisi odur ki, hadisələrə dramatik xarakter vermək və Xalq Cəbhəsinin fatihəsini oxumaq üçün vaxtı ilə Nardaranda və Gəncədə olduğu kimi 4-5 nəfər günahsız vətəndaşın (polis əməkdaşları da daxil olmaqla) öldürülməsi də bu çirkli planlara daxil imiş. Lakin Əli Kərimli bu planı quranların ümidlərini doğrultmadığı üçün əməliyyat dağılıb və elə gecə saat 3-dən sonra da meydanı dağıtmağa qərar veriblər.
Sən demə İlham Əliyevi əsəbləşdirən və iyulun 15-dəki nifrət çıxışı zamanı öz üzərində nəzarəti itirməsi də bununla bağlı imiş. Adam bu boyda plan qurub, gecə yarısı xalqa və Xalq Cəbhəsinə ağ rəngli “Qələbə yabısının” quyruğunun lacivərdi tükündən “vətənpərvərlik” tələsi hörüb və Əli Kərimli də tələyə düşməyib. Tovuzdan Los Angelesə qədər uzanan bütün müəmmaların arxasında ölkənin başlıca müxalif gücü olan Xalq Cəbhəsinin dağıdılması, məhv edilməsi, siyasi səhnədən silinməsi kimi ailə-klan hakimiyyətini qorumaq, xilas etmək kimi çirkin niyyətlər dayanır.E