Qadın “türmə”sində də koronovirus olması ehtimal olunur
2 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət gərgindir. Qızdırmalı xəstələrin sayı günbəgün artır.
TƏBİB-in nümayəndəsi dünən CÇM-də olub, cəmi 25 nəfər sağlam məhbusdan test götürülüb.
Bu faktı əməkdaşımız Təzəxan Mirələmli də təsdiq edib. Bu barədə məlumatı ona, həmin müəssisədə saxlanılan qardaşı verib. T.Mirələmlinin sözlərinə görə, dünəndən qardaşının da tempraturu var və o, nəfəs almaqda çətinlik çəkir.
Qızdırmalı xəstələrin sayı 500 nəfərdən artıqdır. Hamısı bir məhbus həkimin ümidinə qalıblar. Verilən dərman isə təkcə parasetomoldur. Huşunu itirən, ağır vəziyyətdə olan xəstələrin bir neçəsinə sistem köçürülüb.…
Daha bir acınacaqlı xəbər 4 saylı Cəzaçəkmə müəssisəsindən gəlib. 20-yə yaxın qadın məhbus qızdırma, öskürək, halsızlıq kimi COVİD-19 simptomlarından əziyyət çəkir. 4 saylı CÇM qeyri-rəsmi olaraq qapalı həbsxana kimidir. Məhbusların ailələri ilə əlaqə yaratmağa da məhdudiyyətlər qoyulub. Ona görə müəssisədə saxlanılan qadın məhbusların yaxınları həddindən çox narahatdırlar.
Xatırladaq ki, siyasi məhbus Aqil Məhərrəmov da 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanılır.
Azadlıq.info