AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ölkə olaraq yenidən format olunmalıyıq.
Bacarıqsızlqların etiraf etmirlər, ancaq, COVİD-19 la bağlı Türkəyədən həkim gətirirlər. Bu acizliyin, səriştəsizliyin dolayı etirafıdır.
Daha şit və bayağı təriflərlə problemi gizlətmək mümkün deyil, xalq faciənin ortasında köməksiz, dərmansız, həkimsiz, pulsuz qalıb. Gürcüstan Türkiyədənmi həkim gətirərək problemin öhdəsindən gəldi? Yox. Ağıllı, məntiqli qərarlarla, səmərəli və korrupsiyasız idarəçiliklə!
Siz nə etdiniz? Müxalifətin verdiyi təklifləri qəbul etmək əvəzinə, virusa bir fürsət kimi baxıb, müxalifətçiləri represiya etməklə məşğul oldunuz. Cəmiyyətlə dialoq əvəzinə, insanları cərimə ilə qotxutmaq yoluni tutdunuz. Evdə qalanlara yardım vermək yerinə, pandemiya üçün ayrılan milyardlara tamah saldınız. Buyrun bu da nəticə.
Bu gün xarici siyasət də, iqtisadi siyasət də, təhsil və hüquqi sahə də səhiyyəmizin bərbad günündən heç nə ilə fərqlənmir. Çünki, ölkədə hakimiyyət böhranı var, idarə etmə orqanları tamamilə səmərəsin itrib, korrupsiya metastaz verərək siyasi sistemin funksionallığın pozub. Cəmiyyətlə siyasi sistem arasında rabitə itib. Palitologiyada buna sistem böhranı deyilir. Ona görə də, ölkə olaraq yenidən format olunmalıyıq. Siyasi sistem yenidən dizayn edilməlidir . Bunu artıq anlayın cənablar.