Qobustan həbsxanasında ömürlük cəza çəkən siyasi məhbus nələrdən söz açır?
Qobustan Həbsxanasında ömürülk cəza çəkən, siyasi məhbus, Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandrlərindən Elçin Səməd oğlu Əmiraslanov xatirə janrında bir mətn yazıb. Redaksiyamız həmin xatirələri müəllifin dəsti-xəttini qorumaqla, yüngülvari redaktə və düzəlişə ixtiyarınıza təqdim edir. Elçin Əmiraslanov 10.12.1996-cı ildən həbsdədir.
Məhkəmə onun barəsində 28.11.1997-ci il tarixdə ölüm hökmü çıxarıb. Sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Elçin Əmiraslanov və onun iki OMON-çu yoldaşı Avropa Şurasının və yerli hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında olsa da, onları nədənsə hələ də azadlığa buraxmırlar Bu xatirələrdə Əmiraslanov onun həyatında kəskin dönüş nöqtəsi olan Erməni təcavüzünə qarşı mübarizəyə necə qoşulmasını, müxtəlif məxfi əməliyyatları nəql edib.
Əmiraslanovun yazıları “Azadlıq”da işıqlanır, arzu edirik ki, onun və digər siyasi məhbusların özlərini azadlıqda görək.
“1988-ci ildə Qazax-Ağstafa bölgəsində vəziyyət göründüyündən çox ağır idi. Bizim hərbi xəritdə kvadrata böldükdə Qazax Ermənistanən üşn rayonu ilə sərhəddi. Sərhədin uzunluğu 168 km-dir. Yəni tək Qazax-Berd, İcevan, Noyanberyan rayonlarına müqavimət göstərməliydi. Sərhəd dağlıq hissədən ibarət idi. Hündürlükləri ələ keşirib saxlamaq müharibəni udmaq deməkdir. Bunları mən başa düşürdüm. Azərbaycan- Ermənistan müharibəsinə qədər mən bir müharibə həyatı yaşamışdım. Qazaxın şimal-qərb hissəsində 1-ci və 2-ci Şıxslı Noyanberyan rayonunun kəndləri ilə sərhəddir. 30-40 km qərbə İncədərəsi, Aslanbəyli, Kəmərli, İncəli kəndləri də Noyanberyanın kəndləri ilə sərhəddir. Sərhədboyu qərbə gəldikdə Daş Salahlı kəndi-Noyanberyanın Cod kəndi ilə sərhəddir. 25-30 km qərbə çəkildikcə sərhədlər daralırdı. Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara erməni kəndlərinin əhatəsində yerləşirdi. Quşçu Ayrım, Fərəhli, Məzəm Xeyrımlı kəndlərinin elə yerləri vardı ki, sərhəd tamailə yox idi. Qızıl Hacılı cənubi-qərbə çəkildikcə Böyük Cəfərli, Soflu, Barxudarlı kəndləri də İcevan rayonunun kəndləi ilə bitişik idi. Ağstafa tərəfdən və Qazağın Ağköynək, Dağkəsəmən İcevan və Berd rayonularının Lələkəndə və Prokoval kəndləri ilə sərhəd idi. Yuxarı Göyçə Berd rayonunun kəndləri ilə sərhəd idi.
1988-ci ilin payızından Ermənistandan Azərbaycan türklərinin köçü başlamışdı. Onu da bildiim ki, Bakı-İcevan dəmiryolundan başqa Qazaxdan keçən bğyük trasa İcevandan keçib Dilicanda Ermənistanın cənub, qərb, şərq hissəsinə yollar açılırdı. İlk köç İcevan rayonunun kəndlərindən başlamışdır. Sonra Kirovakandan-Saralı, Qusarlı kəndlərindən azərbaycanlılar döyüşülb, öldürülüb qovulurdular. Biz qaçqınları İcevanda Qazaxın “Aİ” postunda qarışılayıb, oralarda nələr baş verdiyindən xəbər tuturduq. Məsələn, Uzuntalada bir ailəni maşının içində yandırmışdılar. Qızlara, gəlinlərə sataşmışdılar, bu mövzuda çox yazmaq istəmirəm. Çünki, gələnlərin hərəsi bir cür işgəncə görmüşdülər. 1988-ci ilin dekabrında Spitak-Leninakanda zəlzələ baş verdi. Buna görə bir neçə ay sakitlik hökm sürdü. 1988-ci likin sentyabrından mən könüllü hərbi birləşməyə rəhbərlik etməyə başladım. Çətinliklə silahlar əldə edirdik. Mənim dəstəmdə olan döyüşçülərin çoxu əfqan veteranlar idi. Məmmədov Yaşar, Şahbazov Elxan, Zahid, Rəşad və başqaları. Atam uzun illər Daxili İşlər Nazirliyində işləmişdi. Özü 1941-45-ci illərin, yəni 2-ci Dünya mürharibəsinin veteranı idi. Onun sayəsində mən və qardaşım kiçik çaplı silahların çox növündən istifadəni öyrənmişdik. Evimizdə də bir neçə nəfəri silahlandırmağa imkan vardı. Biz silahlanmağa başladıq. Gürcüstandan-Qaraçöpdən, “Kafkazski Voenni Okruq”un Vizani bazasından silahlar əldə etdik. Qazaxın bütün imkanlı adamları bu məqsəd üçün bizə maliyyə cəhətdən kömək edirdilər. Qardaşım İlqar Əmiraslanov o zaman ticarət mərkəzinin müdiri idi. O da bizə maliyyə köməyi edirdi, bununla bərabər o həm də döyüşürdü. Bu barədə Etibar Qasımovun da xatırlamalıyam, o da bir ticarət idi və bizə çox kəməyi dəyirdi. Nüsrət Budaqov, Taryel Salehov, Ədalət Ələmdari, Zakir və başqaları, idarə, müəssisə rəhbərləri vəziyyəti başa düşərək bizə kömək edirdilər. 1988-ci ilin noyabrında 60 nəfərlik bir rota (bölük) tam silahlanıb döyüşə tam hazır idi. Öz şəxsi maşınımızla hərəkət edirdik. Sərhəd kəndlərində özünümüdafiə batalyonları yaratmışdıq. Aşağı Əskiparada Fazil Fərid oğlu Əliyev, Bəxtiyar İsayev könüllülərə rəhbərlik edirdi. Onları silahlandırıb Yuxarı və Aşağı Əskiparnın müdafiəsini qurmuşduq. Bütün hündürlüklərdə səngərlər qazılmışdı, bağlı atəş nöqtələri yaradılmışdı. Məzəmdə Telman və Pəhlivan kənd sakinləri özünü müdafiə dəstələrinə rəhbərlik edirdilər. İncədərəsində Sabir, onun oğlu, bir də Səməd kənd özünümüdafiə dəstəsinə rəhbərlik edirdi. Ağköynək özünümüdafiə dəstəsinə Hüseyn rəhbərlik edirdi. Bala Cəfərli, Böyük Cəfərlidə Məzahir və onun qardaşı Rəhim rəhbərlik edirdi. 1988-ci ilin sonunda biz bu sistemi qurmuşduq. Bütün komadrlərə silah-sursat, ərzaq və başqa köməklikləri edirdim. Hansı kənddə döyüş gedirdi, həmən rəhbərlik etdiyim rotayla ora yollanırdıq.
1989-cu ildən erməni tərəfi açıq frontal döyüşlərə başladı. Kristal-Alazan raketlərindən istifadə edirdilər. Səhrəd kəndlərinin dinc sakinləri öldürülürdü. Biz artleriyadan istifadə etmirdik. Çünki, yoxumuz idi. Məcburiyyət qarşısında gözlənilmədən hücum edib, artileriya qurğularını ya minalayırdıq, ya da özümüzlə götürürdük. Məsələn, Bala Cəfərlidə hündürlüyə gizli hücüm edib 100 mm-lik artileriya qurğusunu ələ keçirdik, gətirmək çətin olduğundan qurğunu və yanındakı binanı minalayıb partlatdıq. Bu dövrdə Rövşən Cavadov tez-tez Qazaxa gəlirdi. Silah-sursat barədə biz ona köməklik edirdik. Onlar Laçın istiqamətində vuruşurdular. Münasibətimiz çox yaxın idi. Bir neçə dəfə bir yerdə döyüşdə olmuşduq. O, hərbi sahədə mənim nəyə qadir olduğumu yaxşı bilirdi. Bir müddət sonra Rövşən Cavadov respublika OMON-na rəis təyin edildi. Həmin vaxt mən Qazaxda əfqan veteranlar cəmiyyətində-“ ispalkom”un nəzdində şöbə rəisinin müavini idim. Əfqan veteranlar döyüşçülərinə komandrlik edirdim. Rövşən Cavadovun biz OMON-a işə girdik-bizi Xüsusi Təyinatlı Polis Dəstəsinə (XTPD) qəbul etdilər. DİN əmri ilə məni Qazax, Ağstafa, Gədəbəy bölgəsinə XTPD-yə komandir təyin etdilər.
1990-91-92-ci illərdə Qazax sərhədlərində açıq döyüşlər başladı. Ermənistandan yerləşən rus hərbi hissələri keçmiş SSRİ-nin bütün növ silah arsenalından istifadə edirdilər. Yəni BM-16, BM-21, Uraqan, T-55, T-62, T-72, T-74, BMP-1, BMP-2, T-80, BMP-3, D-30, “puşka snayper-85”, puşka snayper-100, minamyot 82-120-40, BTR-80,50-70, BRDM, qusnisa-non, BRMD-1;2;3. Bununla bərabər hərbi vertolyotlar Mİ-8, Mİ-24, bombardamançı SU-24, Su-25.
1991-92-ci illərdə Yuxarı və Aşağı Əskipərara, Məzəm, Qızılhacılı, Xeyrimli, Quşçu Ayrım istiqamətində gedən döyüşlərdə rus və erməni hərbi birləşmələri idi. Biz tərəfdən isə XTPD (OMON) və könüllü birləşmələr idi. Tez-tez böyük qüvvələrlə hücuma keçirdilər, aylarla döyüş davam edirdi. Götürdüyümüz əsirlər hamısı eyni sözü deyirdi ki, Gürcüstanla Azərbaycanın yolunu bağlamaq istəyirdilər. Bu döyüşlərdə hər iki tərəf çoxlu itkilər verirdik. Döyüşçülərimiz son nəfəsədək dayanırdılar. Şəhidlər: Eynallı Oktay, Əmiraslanov Şəmistan, Cəfərov İslam Yusif oğlu, Hacımuradova Qaratel Şəmi qızı, Əsgərov Mərdan Məhəmməd oğlu, Məhəmmədov Surxay, Alıyev Alı.
Qəhrəmancasına vuruşanlar və yaralananlar: Balaməmmədov Rüfət-qolunu itirdi; Əsgərov Müslim-ikinci qrup əlil, Həsənov İlham, Gəncəliyev Allahverdi, Bayramov İsmayıl, Əhmədov Nadir, Vəliyev Babək, Əhmədov Şahin, Rüstəmov Rəhman, Əliyev Fəzail, İsayev Bəxtiyar, Qasımov Yaşar, Məmmədov Yaşar, Zahid, Cəfərov Vilayət, Əhmədov Sərxan, Əsgərov Kəsəmən, Əsgərov Müslüm, Tanrıverdiyev Ramiz Mübariz oğlu, Qurbanov rüstəm, Budaqov Elxan, Mustafayev Şahid, İsayev Hüseyn, Əliyev Hüseyn, Muradov Rəşid, Ömərov Vilayət, Qızıl Hacılıda Məmmədov Kamandar, Elbəy və başqa döyüşçülər ermənilərə qarşı müqavimət göstərirdilər. Qüvvələr nisbəti fərqli olduğuna görə özünümüdafiə dəstələri dağa çəkilməli olmuşdular. Biz Məzəm istiqamətindən olmara köməyə getdik, erməni-rus birləşmələrini kənddən çıxardıq. Heç vaxt yadımdan çıxmaz, hücum zamanı güllə Tanrıverdiyev Ramizin ağız nahiyyəsindən girib boyunundan çıxmışdı. Bir neçə nəfər onu xəstəxanaya aparmaq istəyirdi. O isə etiraz eləyirdi ki, döyüşü saxlamayın mən tək gedəcəm və elə də etdi. Allah onun ruhunu şad eləsin. Ermənilər qışqırırdılar ki, OMON-yekal: Biz sözləri Ağdərədə, Goranboyda, Ağadamda eşitmişdik. Onlar bizi formamızdan tanıyırdılar.
1993-cü ilərdə Bala Cəfərlidə, Ağköynəkdə də ağır döyüşlər gedirdi. 1992-ci ildə qrad qurğusu ilə Qazaxın mərkəzini vurmağa başladılar. Biz Əskipara istəqamətindən bir rota çıxıb Ağköynək özünümüdafiə komandiri Qartal Hüseyn olan rota ilə birləşdik. Kəşfiyyat məlumatını əldə etdikdən sonra gözlənilmədən gizli surətdə həmən Qrad Qurğularının arxasına keçdik. Artreliya raşotlarını məhv etdik və Ballı-Qaya istəqamətində yüksəkliyi ələ keçirdik. Porovokar yaşayış məntəqəsi bizdən aşağı olduğu üçün üstünlük bizdə idi. Demək olar ki orada daş üstə daş qalmadı. Qazaxa düşən mərmilər, raketlər neçə ailəni məhv etmişdi. Həmin vaxt biz tərəfdən də, erməni tərəfdən də itkilər olmuşdu. Onu da bildirim ki Dağ Kəsəməndə könüllü batalyona Alik rəhbərlik edirdi. Onlar da vuruşurdu. Həmin vaxt İsa Sadıqov Qazaxda yerləşən briqadaya komandir təyin olunmuşdu. Qazaxın müdafiəsində onun çox əziyyəti var. Mən hər şeyi uzun uzadı yazmaq istəmirəm. İsa Sadıkovla birlikdə çox əməliyyatlar keçirmişik. Soyuqbulaqda yerləşən hərbi hissənin komandiri Kazımov Mübariz, onun müavini Mustafayev Ceyhun və rəhbərlik etdikləri hərbi hissə döyüş vaxtı bizə kömək edir və yaxşı vuruşurdular.
Bitmədi, ardı var