AXCP RH üzvü Fuad Qəhrəmanlı
Gürcüstan vətndaşları iyulun birindən Avropaya sərbəst, vizasız gedib gələcəklər. Bizdə isə ölkədən baş götrüb qaçmağa çalışan minlərlə insan, ən müxtəlif yollarla Avropa ölkələrinə viza almağa çalışır.
Azərbaycan iqtidarı illərdir ki, Avropa Birliyi ilə ən müxtəlif bəhanələr gətirərək Assosasiya Sazişini imzalamaqdan yayınır. Çünki, bunların tək məqsədi ölkəni dünyadan təcrid edib, iqtisadiyyat üzərində monopoliyalarını saxlamaq, Avropanın dəstəklədiyi siyasi, iqtisadi azadlıqları boğmaq hesabına, öz korrupsiyalaşmış hakimiyyətlərini qoruyub saxlamaqdır. Avropadan təcrid olunmağımız isə, xalq olaraq, müasir svilizasiyadan uzaq düşməyimiz, iqtisadi tərəqqidən, sosial və hüquqi ədalətdən, insan haqq və azadlıqlarından məhrum edilməyimiz deməkdir. Ölkəmizi göz görə- görə inkişaf, tərəqqi yolundan çıxarıb, sülalə hakimiyyətinin hökm sürdüyü iqtisadi, mədəni gerilikdə, siyasi zorakılıqda saxlamaq istəyirlər.
Biz isə gürcülərə həsrətlə baxaq.
Heç olmasa baxıb görək ki, demokratik hakimiyyətin uğurlarından hər kəsə pay düşür. Daha “mən siyasətə qarışmıram” deyənlərimiz anlasın ki, bu qarışmamağın nəticəsi Rusiya ilə sərhəd də üzü-üstə yerə uzadılmaqdır, 190 manata görə 190 bəhanə ilə köməksiz, sahibsiz buraxılmaqdır, Avropaya getməyə həsrət qalmaqdır, yayın bu istisində evində suya möhtac olmaqdır, ehtyac içində olduğun halda pandemiyaya görə ayrılmış 3 milyard yarım vəsaitin necə mənimsənildiyindən xəbərsiz qalmaqdır, işsiz qalıb “nə edəcəm?” sualları qarşısında girinc oçub cavab tapmamaqdır və s.
Və gec də olsa alamalıyıq ki, siyasət siyasətçilərin göstərdiyi teatr tamaşası deyil ki, həvəsim yoxdur deyib gedib baxmayasan. Siyasət hər birimizin həyatını, məişətini, biznesini , işini, maaşını, hüququnu, səhətini, gələcək planlarını müəyyənləşdirən, ona bir başa təsir edən bir vətəndaş möveqyidir, seçim qərarıdır, etiraz fəaliyyətidir, tələb etmək haqqdır. Bu həqiqəti anlamadan, öz taleyimizə seyriçi qalmaqda davam edəcəyik.