AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ordu günü mill qürur duyğusunun köksümüzdə dəniz kimi təlatümləndiyi bir gün olmalıdır. Milli şərəfin düşmən tapdağı altında təhqir edildiyi , torpaq həsrətli gözlərin intizar çəkdiyi, Şuşada toqquşdurulan badələrin cingiltisinin qulaq batırdığı, işğalçının qalib ədası ilə üzümüzə irişdiyi bir zamanda, bizim ordumuz inamı, milli özgüvəni deyil, uzaq bur ümidi, arzunu təmsil edir.
Ümid edirik ki, ordumuz zamanı gələndə torpaqlarımızı azad edəcək.
Ancaq 27 ildir ki, ümidlərimizi at quyruğuna bağlayıb Şuşanın, Kəlbəcərin dağlarında sürüyən, paramparça edən əlahəzrət zaman öz ixtiyarını sanki içimizdəki yalan sərraflarına, milli sərvət oğrularına verib. Bitmir ki, bitmir bu zaman…
Gözləyən, gözlədikcə də özünü aldadan, aldandıqca da, aldadıldığı yalanın parçasına çevrilən, vətən əvəzində yalanlara tapınan bir xalqın ordusu olmaq dərddir həm də. Bir tərəfdən düşmən qarşısında məğlubluğun xəcalət yükünü paqon yerinə çiyinlərində daşımaq, arxada isə kürəyini söykəmək istədiyin xalqın qorxudan əyilmiş qəddini, əyləncə, sərvət qazanmaq ehtirasında qərq olmuş iradəsinin yoxluğunu hiss etmək böyük bir dərddir ordu üçün.
İşğalın ağır mənəvi pdixoloji yükünü orduya yükləyib vicdan rahatlığı tapmağa çalışdığımızı bilməyən varmı? Kim bilmir ki, torpağı ordu deyil, xalq azad edir.
Xalqın ruhu azadlıq savaşına hazır olmasa, işğalda olan torpaqların həsrətindən acı çəkməsə, düşmən əsarətində olan hər qarışa özünün evi, həyəti, şəxsi mülkü kimi can yandırmasa, təslimçiçlyə qarşı içindən qəzəb alovu püskürüb düşmənin üzünü, qarsmasa, ordu öz yaraq əsləhəsi ilə olsa olsa milli eksponat, aksesuar olacaq.
Xalq özü işğalda ikən, milli sərvətlətinin talanmasına susarkən, dövlətinin qəsb olunmasına etinasızkən, haqq deyən oğullarının məhbəsdə çürüdülməsinə susqunkən, işğalda olan torpaq həsrətini, acısını duya bilməz, düşmənin tşəxxüsündən özünü alçalmış saymaz.
Görmədikmi Lələtəpə zənciri vurulmuş ayaqlarla, ordu düşmən üzərinə yeriyə bilməz. Olsa- olsa düşmən tələsinə salınar.
Ona görə də əsil ordu günü, xalq olaraq özümüz azadlıq, ləyaqət, milli şərəf kimi dəyərlər uğrunda mücaadilə aparan orduya çervriləcəyimiz gün oçacaq.
Onda ordumuzun da düşmən tapdağındakı torpaqları azad etməsi, bir xəyal, arzu deyil, gerçəklik olacaq.