İqtisad elmləri namizədi; Azərbaycan İqtisadçılar Klubunun prezidenti Nazim Bəydəmirli
Bir biznes adamının manifestindən qısa parça:
İndi hamı deyir ki, Səhiyyə çöküb…niyəsini də demirlər, hər kəs də naziri günahlandırır ki, o idarə edə bilmir və s. Yalan söhbətlərdir, nazirin 1 günahı var, o da vaxtında monopoliyaya susmağı…mən bu sahəyə investisiya qoymuş bir sahibkar kimi izah edim biləcəksiniz:
2003-cü ildə 370 min dollar həcmində investisiya qoyuram, Əmlak komitəsi özəlləşdirib başqasına satdığı keçmiş uşaq baxçasını satın alıram, təmirə başlayanda məlum olur ki, buraya Nərimanov RİH-nin hər qaçqın ailəsindən 8-10 min manat rüşvət alıb, qeyri qanuni order verdiyi 3 ailə yenə də qeydiyyatda var…mən əmlakı geri qaytarmaq istəyirəm, satıcılar isə məndən 1 həftə vaxt istəyirlər ki, məhkəmənin icra vərəqəsi var ora boşaldılmalıdır, biz həll edəcəyik…Nə isə, o ailədən biri (Zəngilanlı idi) mənim telefonumu tapır, mənimlə görüşür, tarixçəsini danışır və onun 2 uşaqla çöldə qalacağını əsas gətirərək (daha sonralar məlum olur ki, yalan deyirmiş daha 2 yerdə belə metodla ev alıb) ona heç olmasa 2 otaqlı mənzil almağımı xahiş edir…Nə isə azyaşlı uşaqlarını nəzərə alıb Razində ona 2 mərtəbəli alman binalarında 37 min dollara mənzil alıram bağışlayıram (pullu vaxtlarım idi) və köçürürəm. Bunu eşidən 2-ci qonşu, hansı ki, hardasa sıravi polis işləyir, o da qaçqın olduğunu, Keşlədə qardaşının həyətində şəraitsiz yerdə qaldığını əsas gətirir və 30 min dollar da o alır…Beləcə 3-cü adam da ancaq burada pasport qeydiyyatı olduğundan gözə görünmür, obyektin təmiri bitir, avadanlıqlar alınır və Səhiyyə nazirliyindən lisenziya alınaraq “Loğman” adı ilə fəaliyyətə başlanılır…(məlumat üçün 2007-ci ildə “Loğman” mənim mülkümdən icarədən çıxır və biz onun əvəzində “Loğmed” təşkil edirik, 5 illik lisenziya alırıq)..Burada işləyən məşhur həkimlər özləri üçün işləyirlər, mənə demək olar ki, icarə vermirlər..bizim ailəmizə çatası pulların hamısı millət vəkili kimi saysız hesabsız xəstə müraciətlərinin qarşılanmasına gedir, hətta bir dəfə satmaq qərarına da gəlirəm, ancaq real müştəri buranı alıb profilini dəyişmək istəyi planı işçilərin kənarlaşdırılması perspektivi səbəbindən fikrimizdən vaz geçirik..
Təxminən bu mülkü aldıqdan 1.5-2 il sonra mən millət vəkili seçilirəm və müxalifət mətbuatı məni daha ətraflı “işıqlandırandan” sonra 2006-cı ildə Elmir adlı bir nəfər peyda olur ki, müəllim sizin klinikanızda mənim evim var idi, bu da pasport qeydiyyatım…Hər nə isə aydınlaşdırıram, bu adama da səhv etmirəmsə bir neçə min “halallıq” pulu verirəm ki, getsin qeydiyyatdan çıxmaq haqqında qəbz yazsın, yazıb verir bizim mühasibə…Üstündən bir müddət keçəndən sonra bu adamın pula yenə ehtiyacı yaranır və məni axtarır ki, yenə pul verməlisən ki, qeydiyyatdan çıxım, onun qəbzini özünə göstərirəm və vaxt verirəm ki, 2 günə qeydiyyatdan çıxmasan dələduz kimi səndən şikayət olunacaq…Sabahısı günü əksər müxalifət qəzetlərində “deputat qaçqının evini əlindən alıb, pulunu vermir” tipli yazılar gedir. Bu adamı verirəm məhkəməyə və verdiyim pulu geri almaqla bağlı iddia qaldırıram, sonradan gəlib üzr istəyir və haqqsız yerə məni kiminsə məsləhəti ilə şantaj etdiyindən peşmançılıq keçirir, mən də bağışlayıram…
İndi gələk əsas məsələyə: 2012-ci ildə cərrahiyyə şöbəsi, intensiv terapiya və 10-a yaxın palatası olan klinikamızın stasionarına mövcud olan lisenziya monopoliya səbəbindən uzadılmır, çünki dövləti talayanlar hərəsi 4-5 klinika açır və bizim kimi ucuz xidmət göstərən, sosial klinikaların cərrahiyyə şöbələrinin olması “məmur sahibkarlığına” maneədir, rəqabət yaradır, idarəetmə xərcləri az olduğundan bazar tələblərinə həmən reaksiya verir və əsasən xəstələr belə yerlərə daha çox müraciət edirlər….İndi pandemiya dövründə “səhiyyə niyə çökür” sualına cavab, biz stasionarı məcbur bağlamasaydıq 10 palatada heç olmasa 10 xəstəyə aparat da qoşa bilərdik, əmin olun ki, dövlətin təcili yardım ilə aparmayıb evdə ölümə məhkum edilmiş xəstələrin həyata qaytarılmasında yardımçı ola bilərdik…Bizim kimi, lisenziyası məhdudlaşdırılmış 10-larla arxasında məmur olmayan klinikaları da bu günə salmasaydılar “səhiyyənin çöküşü” bu qədər açıq hiss olunmazdı..
P.S. Onu da əlavə edim ki, ən azı 1 ay bundan öncə bu lisenziya məsələsini aktuallaşdırmaq üçün İqtisadiyyat nazirliyinin rəhbərliyinə və Apellyasiya Şurasına yazmışam ancaq xəbər çıxmayıb…təsəvvür edin ki, bütün avadanlıqlar və həkimlər yerində ola ola, bizə müraciət edənlərə yox cavabı verməliyik, həkimimiz gedib başqa yerlərdə xəstəni əməliyyat etməlidir..sahibkar isə vaxtında belə əziyyətlə xərclədiyi pulunu çıxartmaq üçün dövlətin ona mane olmamasını xahiş edir…