AXCP RH üzvü Fuad Qəhrəmanlı
Karantin rejimi elan olunanda hakimiyyət buna bir fürsət kimi baxdı. Dünyanın başı pandemiyaya qarışacaq, cəmiyyət qorxu içində reaksiya qabiliyyətini itirəcək, hakimiyyət də bundan istifadə edib sərt nəzarət qaydalarını tətbiq etməklə, total nəzarət imkanlarını genişləndirəcək. Ən başlıcası isə bu qarışıqlıqdan istifadə edib müxalifətə qarşı represiyalar həyata keçirməklə və Əli Kərimlini təcrid etməklə, AXCP və Milli Şura siyasi struktur kimi demontaj ediləcəkdi.
Ancaq hakimiyyətin bütün bu planları nəinki alınmadı, hətta tamamamilə əks nəticələr verdi.
AXCP – yə qarşı represiyalar gözlənildiyi kimi təşkilatın strukturkarını sarsıda bilmədi, üzvlərində tərəddüd yaratmadı. Əksinə, repressiyalar karantin şərtlərində sosial narazılığı daha da artmış cəmiyyətin AXCP yə rəğbətini artırdı və iki ay ərzində 700 dən artıq şəxs partiyaya üzv olmaq üçün müraciət etdi. Əli Kərimlinin təcridi AXCP-nin idarə olunmasında və siyasi kursunda da hər hansı problem yaratmadı və partiya ən ekstremal vəziyyətdə səmərəli kollegial idarəçiliyi həyata keçirə bilən peşəkar siyasi komandaya sahib olduğunu göstərdi.
Bu dönəmdə blokada vəziyyətinə salınmış Əli Kərimli nəinki ictimai rəyə təsirini itirmədi, əksinə, onun videoyazı ilə olan müsahibələrinə baxış sayı əhəmiyyətli dərəcədə yüksəldi.
Karantin dövründə kəskinləşən sosial-iqtisadi problemlərin həllində hakimiyyətin bacarıqsızlığı və 190 manatın ödənilməsi ilə bağlı lətifəyə çevrilmiş bəhanələr, onsuz da kütləvi olan narazılığı daha da dərinləşdirdi. Son Yasamal əməliyyatı isə ictimai qəzəbi daşıran sonuncu damla oldu. Hakimiyyət, bu yolla cəmiyyəti qorxutmaq istəyirdi, ancaq əks nəticə yadandı. Heç bir hüquqi və mənəvi ölçüyə sığmayan polis zorakılığına qarşı həmrəylik göstərən ictimai rəy, bu olayı kəskin şəkildə qınadı və açıq aşkar iqtidara qarşı kütləvi qəzəb ifadə olundu. Bu məsələdə də istədiyi nəticəni əldə edə bilməyən rejim, özünü xalqın nəzərində daha etimadsız vəziyyətə saldı.
Bu dönəmdə hakimiyyətin atdığı irticaçı addımlara beynəlxalq reaksiyalar da çox sərt oldu. Gözlənildiyi kimi, dünyanın başı özünə qarışsa da, ölkəmizdəki olaylara adekvat münasibət bildirildi. Tofiq Yaqublunun həbsi ABŞ Dövlət Departamenti də daxil olmaqla, əksər beynəlxalq qrumar tərəfindən qınandı, Əli Kərimlinin blokadası və cəbhəçilərə qarşı represiyalar ABŞ Helsinki komissiyası, AŞPA məruzəçiləri tərəfindən kəskin şəkildə tənqidi olundu. Yasamaldakı olay da AŞPA- təmsilçilərinin tənqidinə məruz qaldı.
Bu dönəmdə mühüm beynəlxalq təşkilatlar ölkədəki vəziyyətlə bağlı ardıcıl olaraq tənqidi bəyanatlar yaydılar, Amerikanın nüfuzlu xarici siyasət ekspertləri rejimin öbaşınalıqlarına qarşı sanksiya çağrışları etdilər.
Yekun olaraq onu vurğulayaq ki, karantin rejimi dönəmində hakimiyyətin atığı addımlar nəinki müxalifəti zəiflətmədi, cəmiyyəti qorxutmadı. Əksinə, onun özünü ölkə daxilində və beynəlxalq miqyasda daha çox təcridə və tənqidə məruz qoyaraq mövqelərini zəiflətdi.