Nyu-Yorkda, Mayamidə, Morairada, Portuqalyada, Karlovy Varyda, Dubayda milyonlarla dollarlıq əmlakı Elmar Məmmədyarov necə əldə edib?
Maliyyə İdarəsinin rəisi yarı erməni, ən yaxın dostu ingiloy, oğlu xarici ölkə vətəndaşı olan Elmar Məmmədyarov Azərbaycana xarici işlər nazirliyi edə bilərmi?
Sosial şəbəkə və bəzi saytlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu Yorkda hər iki övladına iki ev aldığı barədə məlumatlar verildi. Bildirildi ki, evlərdən biri də Elmar Məmmədyarovun yeni gəlini Aleks Zapallanınadınadır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münaisbət bildirərək söylədilər ki, bəs, bu, Məmmədyarovun şəxsi məsələdirdir. Sanki Məmmədyarovun hamamda hansı şampundan istifadə etməsi barədə sual verilmişdi. Əslində, burda şəxsi məsələlik heç nə yoxdur. Və əgər, mədəniyyət naziri Əbülfəz Qarayev Azərbaycandan 17 milyon dollar çıxarıbsa, Elmar Məmmədyarovun oğurladıqları qat-qat çoxdur. Bəli, sizə təəcüüblü gəlməsin. Olsun ki, düşünürsünüz axı 15 ildir maşın parkı dəyişməyən nazirlikdə pul hardadır? Amma heç düşünmürsünüz ki, elə pul məhz 15 ildir həm də maşın parkının dəyişməməsinə görədir. Bəs Elmar Məmmədyarov pulu hardan qazanır?
Suala cavab vermək üçün öncə onu yazaq ki, Xarici İşlər Nazirliyi kifayət qədər gəlirli təşkilatdır. Ölkə daxindən tutmuş diplomatik korpusların xaricdəki fəaliyyətlərinə qədər hər bir xidmət ödənişlidir. Vizaların verilməsi, pasport, geri qayıdış şəhadətnaməsi, bəzi müqavilələrin təsdiqi, sənədlərin təsdiqlənməsi və sair. Bir sözlə, səfirlik və konsulluqlar hər gün büdcəyə pul gətirən böyük bir mexanizmidir. Aydınlıq olsun deyə bildirək ki, məsələn, ilin bəzi günlərində Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki konsulluğunda bir günlük daxil olmalar 50 min dolları keçir. Rusiya Federasiyasındakı səfirlik və konsulluqlarımıza ödənilən pullar bəəzn bir ayda yarım milyon dollardan çox olur. XİN əsasnaməsinə görə, belə bir qayda var ki, hər bir təşkilat – yəni, səfirlik və konsulluq yığılan məbləğin 20 faizini özündə saxlamalı və 80 faizi dövlət büdcəsinə ödəməlidir. Amma illərdir ki, bu proses baş vermiş. Elmar Məmmədyarov səfirliklərin əldə etdiyi pulları son qəpiyinə qədər alır. Sonra isə həmin pulun 80 faizini dövlət büdcəsinə keçirib 20 faizini faktiki özününküləşdirir. Səfirliklərə də imza atdırır ki, bəs guya bu 20 faiz onda qalıb. Təsəvvür edin ki, bəzən təkcə Batumidəki konsulluqdan aylıq gəliri 100 min dollardan çox olur. Nazirə bununla bağlı uzun illər bir az kobud desək, həyasızlıq edib dirəniş göstərən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub. Düz 5 il nazirə xərac verməkdan imtina edib. Lakin sonradan hansısa səbəbdən Bülbüloğlunun hakimiyyət içində dayaqlarının zəifləməsi onun Məmmədyarova tabe olması ilə nəticələnib. O da aylıq 20 faiz “xərac” ödəyir. Birdə bu günə qədər Elmar Məmmədyarova Eldar Həsənov heç zaman haqq verməyib. Hətta Məmmədyarov buna görə iki dəfə Həsənovu şantaj etmək istəsə də, alınmayıb. Hazırda Azərbaycanın Serbiya, Montoneqro, Bosniya və Herseqovinada səlahiyyətli səfiri işləyən Eldar Həsənov bütün şantajların qarşısında səfirliyin gəlirlərini kimsə ilə bölüşmür. Elmar Məmmədyarovun bu məsələyə görə problemi İtalyadakı keçmiş səfir Vaqif Sadıqovla yaranıbmış. Bunlardan başqa Məmmədyarov bütün səfir və konsulları divara sıxıb xərac alıb.
Məmmədyarovun illik qazancı
Təxmini hesablamalara görə, XİN xətti ilə əldə edilən illik gəlir 10 milyon ABŞ dollarıdır. Bunun 20 faizi – yəni, iki milyonu şəxsən Elmar Məmmədyarova çatır. Bu, ortalama rəqəmdi. Neft pullarının pik vaxtında isə Məmmədyarovun gəlirləri illik 3-4 milyon dolları əhatə edirmiş. Və nazir o qədər pullanıbmış ki, dövlət protokol qaydalarını saya salmayaraq XİN xətti ilə xüsusi təyyarə ilə dövlət hesabına xarici ölkələrə səfərlərə gedirmiş. Bir səfərin qiyməti isə 50 min dollar dəyərindədir. Bəzən olurmuş ki, ayda 10 belə səfər edirmiş və dövlət bunun səfərlərinə görə, 1 milyon dollara yaxın pul ödəyirmiş. Məsələ bununla da yekunlaşmır.
MAYAMİDƏKİ VİLLADA TOY GECƏSİ
Araşdırmaçılar ancaq Elmar Məmmədyarovun Nyu-Yorkdakı 2 evindən yazırlar. Lakin Məmmədyarovun Mayamidə böyük villası var. Təxminən 10 milyon dollara alınan villada kralların həsəd apara biləcəyi şərait varş 2019-cu ilin avqustunda Məmmədyarov Azərbaycandan oğlunun toy hazırlıqlarını həyata keçirmək üçün iki təyyara heyət aparıb. Toydan sonra o öz yaxın qonaqları ilə Mayamidəki villasında qonaqlara özəl məclis təşkil edib. Toya xərclənən pullarının yüz minlərlə dollar olduğu məlumdur. Təxminən 2 milyon dollar xərc çıxıb. Amma Məmmədyarovun toydan qazancı 5 milyon dollar olub.
DUBAYDAN MORAİRAYA VƏ ORDAN DA LAMAYA
Məmmədyarov təkcə Amerika qitəsilə kifayətlənməyib. Dubayda böyük şirkətlər qurub və daşınmaz əmlak şirkətinə malikdir. Nazirin İspaniyanın qədim Moraira şəhərindəki villası onun dost-tanışı üçün ən ideal istirahət və əyləncə mərkəzidir. 1 milyon 200 min dollara alınan villanın özəl hovuzundan tutmuş futbol meydançasına qədər hər bir təminatı var.
Nazir İspaniyanın qonşusu Portuqaliyaya da yatırım qoyaraq orda övladları üçün otel və restoran şəbəkəsi alıb.
Özü krallar kimi yaşayan nazirin bir çox səfirləri və səfirlik işçiləri dilənçi günündədirlər. Onlar nazirliyin maliyyə idarəsinin rəisi, milliyyət olaraq 50 faizi erməni olan Lama xanımın (Lamiyə) zəng vurub yalvarırlar ki, səfirlik binalarının saxlanılması üçün pulu ayırsın və sair. Ermənistanla müharibə şəraitində olan bir ölkənin xarici işlər nazirinin nazirlikdəki ən yaxın adamının milliyyətcə erməni olması da başqa bir mövzudur. Amma təkcə budurmu?
OĞLU XARİCİ VƏTƏNDAŞ, ÖZÜ XİN RƏHBƏRİ
Nazirin oğlu Riyad Məmmədyarov ABŞ vətəndaşı ilə evlidir və ABŞ vətəndaşıdır. Dünyanın heç bir ölkəsində icazə verilmir ki, mühüm dövlət vəzifəsi tutan şəxsin ailə üzvləri başqa ölkə vətəndaşı olsunlar. Lakin Azərbaycanda bu keçərsizdir. Elmad Məmmədyarovun oğlu xarici ölkə vətəndaşıdır, tüfeyli həyata meyilli şəxsdir. Məmmədyarov isə Azərbaycanın xarici işlər naziridir. Təsəvvür edirsinizmi cənablar?
Kim hardan zəmanət verə bilər ki, sabah ermənilər bu tüfeyli həyata meyilli gənci təsirlərinə salıb onu vasitəsilə atasına istənilən məsələni diqtə etməyəcəklər, Bəlkə də edirlər, kim bilir…
ZƏİF NAZİR, YOXSA ZƏRF NAZİRİ?
Maraqlı məqamlardan biri dünənə qədər özünü zəif nazir kimi təqdim edən Elmar Məmmədyarovun XİN-dəki vəzifələrə adamları təmənna və xüsusi zərf qarşılığında təyin etməsidir. Məsələn, 4 aydır XİN-in kadrlar idarəsinin rəhbəri vəzifəsi boşdur. 12 mart 2020-ci ildə prezidentin sərəncamı ilə şöbənin rəhbəri Gürsel İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri təyin edilib. 3 aydır o post boşdir. Belə görünür nazirin o vəzifəyə kimsəni təyin etmək fikri yoxdu. Daha doğrusu, ehtimal olunur ki, Məmmədyarov kiminləsə anlaşıb və ona bu vəzifəni söz verib. Lakin koronavirus probleminə görə, sərhədlər qapalı olduğundan həmin şəxs hansısa ölkədə ilişib qalıb. Həmin şəxsin kimliyini isə heç kəs bilmir. Çünki Məmmədyarovun ən yaxın məsləhətçiləri milliyyətcə 50 faiz erməni olan Lama və özünü erməni yox, ingiloy kimi təqdim edən Altay Əfəndiyevdir. Onlar isə kimsəyə sirr verən deyil.
UĞURSUZ NAZİRİN UĞURLU TALANÇILIĞI
Nəhayətində, o da məlumdur ki, Məmmədyarov təkcə dəniz və okean sahillərində əmlaklar almır. Onun Karlovy Varydakı 4 mərtəbəli oteli də bizə məlumdur. Hər bir məqamı kiçik detalı ilə yaza bilərik. Lakin bütün bunlardan xalqa nə xeyri? Məmmədyarov nazir olduğu dövrdə Azərbaycanın 1 dəfə də olsun diplomatik uğuru olmayıb. Nazirlik yalnız Məmmədyarov üçün uğurlu olub. O multi-milyonerə çevrilib. Balaları üçün cənnət yaradıb.
NAZİRİN KEF QALDIRANLARI
Özünə ən azı 20 nəfər kef-qaldıran tapıb. Bəli, kef qaldıran. Azərbaycanda vəzifəlilərin belə adamları var. Məmməryarovun da bir neçə belə kadrı var. Onlar ardıcıllıqla zəng vurub onu tərifləyirlər. Məsələn, deyirlər“Cənab nazir, siz necə də möhtəşəm çıxış etdiniz. Postsovetin tək naziri sizsiniz. Lavrov heç sizin əlinizə də su tökməyə layiq deyil”. Yaxud, “Cənab nazir, o günü prezidentlə yanaşı gedəndə necə möhtəşəm görünürdünüz. Siz və cənab prezidentimiz bu ölkənin xilaskarısınız..”. Bütün bunlar Elmar Məmmədyarova beyin masajı üçün lazımdır ki, keyləşmiş beyini açılsın və o, daha çox talaya bilsin.
Sonda onu da deyək ki, nazirlikdə əlaqə saxlamağı gərək duymadıq. Axı XİN-in mətbuat xidmətindən deyirlər ki, belə məsələlər nazirin şəxsi işidir. Biz də axtardıq nazirin şəxsi işlər üzrə katibinin nömrəsini tapa bilmədik.
Timetv.live