Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmovu ona qarşı yeni cinayət işi açılacağı ilə hədələyiblər.
Bu barədə qardaşı Tale Rüstəmovla bu gün, iyunun 4-də telefon danışığı zamanı deyib.
“Saleh detallı danışmadı. Dedi ki, telefon danışıqları dinlənilir və hər dəfə məlumat verdikdən sonra ona qarşı təzyiqlər olur. Bu səbəbdən də detallı danışmadı,” Tale Rüstəmov bildirib.
Amerikanın Səsi