Milli Milli Şuranın sədri Cəmil Həsənli
Xaliq Bahadır ideya adamıdır, dəyər adamıdır, qələmi də vicdanı kimi təmizdir. Zaman-zaman millətin dərdindən yazdı, ağırıyan yeri ifadə etməyə çalışdı. 70 yaşı Xaliq Bahadır kimi dürüst yaşamaq, riyasız yaşamaq hər adamın işi deyil. Qələmi ictimai məzmun daşıyandan bəri heç nə onu yolundan döndərə bilmədi, heç kim onu tapındığı həqiqətlərdən daşındıra bilmədi. Düzü-düz, əyrini-əyri yazmağı özünün məslək görəvi bildi. Öz məsləkinə hər zaman böyük sayğı ilə yanaşdı.
Özgür qələmi, aydan arı, sudan duru vicdanı ilə bir həyat yolu kiçib Xaliq Bahadır. Böyüklərimizin dediyi “qələmin müqəddəs (qudsal) vəzifəsi millətə xidtətdən keçir” gələnəyinin çağdaş örnəyini yaratdıb. Millət, xalq, vətən, dəyər məsələsində heç kəsə güzəşti yoxdur Xaliq bəyin. Bu dəyərlərə münasibətdə hər hansı sapıntı onun gözündən, gözünün və qəlbinin ifadəsi olan qələmindən yayına bilməz. Hələ çoxları Əliyevlərin adın salavat zikr etmədən çəkə bilmədiyi dövrdə Xalıq Bahadır bu antı-milli rejimi ilmə-ilmə, kərpic-kərpic sökürdü. Özgür düşüncə, qədim türk tarixində süzülüb gələn sözlərlə, ifadələrlə sökürdü. Xaliq Bahadırın bəxti onda gətirmişdi ki, ata-oğul Əliyevlər onun nə dediyini anlamırdılar.
O, dilin yorulmaz keşikçisidir. Qələmi ilə tək vicdanları deyil, dilimizi də çilalayırdı Xaliq Bahadır. Qarabağ müharibəsi zamanı döyüş bölgəsindən hazırladığı reportajlardan qan çilənmiş, qan hopmuş torpağın ətri gəlirdi. Döyüş Sözün düzün üzə dediyinə görə bəziləri sevmir onu. Amma o, kiminsə xoşuna gəlmək üçün heç vaxt öz dəyərlərindən imtina etmədi. Məni də bir neçə dəfə tənqid edib. Bu tənqidlərə razılaşdığım və razılaşamdığım məqamlar da olub. Amma bu tənqidlərin içərisində qərəz olmayıb, riya olmayıb,öz düşüncələri, öz baxışları. tapındığ dəyərlər olub. Xaliq Bahadır toplumun marağların öz maraqlarından üstün tutmağı bacaran çox az qələm sahiblərindədir. Bu məsələdə o, heç özünə də güzəştə getmir.
Bir dəfə Məhəmməd ağa Şahtaxtinski “Şərqi-rus”u çıxaranda öz yerinə Məhəmmədəli Sidqini qoyub yay istirahətinə gedəsi oldu. Şahtaxtinski qəzetçilik və planlaşdırma ilə bağlı ona öz tapşırıqlarını verib sonda dedi ki, Məhəmmədəli çalış bizi Haşım bəy Vəzirovon qələminin altına salma. Haşım bəy o dövrün çox iti qələmi olan jurnalistlərindən idi. Həmin fikri qələmlə bağlı olan bəzi dairələrdə Xaliq Bahadır haqqında da eşitmişəm. Allah heç kimi Xaliq Bahadırın qələminin altına “salmasın”!