Mübariz Məsimoğlu
Əli Kərimlini müdafiə etdiyimə görə mənə yazılan, deyilən və tutulan iradlara bəzi aydınlıq gərirmək istəyirəm. Birincisi, özümdən başlamaq istəyirəm. 1. Mən Əli Kərimli ilə səxsən tanış deyiləm. Bir dəfə də olsa bir masa arxasında oturmamışam. 2. Yaltaq, qorxaq, riyakar deyiləm, kiminsə arxasınca danışmıram sözümü birbaşa üzünə deyirəm. 3.İstər xırda, istər iri, istərsə də taleyüklü məsələlərdə heç vaxt haqqı nahaqqın ayağına vermirəm. 4. Fikrimi həmişə elmi cəhətdən əsaslandırmağa çalışıram. 5. Səhvlərimi etiraf etməyi, günahlarıma görə tövbə etməyi bacarıram. 6.Şəxsi müstəvidə heç bir liderə qarşı iradım yoxdur, amma milli ümumi məsələlərdə demək olar ki, hamısına tənqidi münasibətim var. 7.Hər tərəfdə sağlam münasibət yaratmaq və onu qoruyub saxlamaq qabiliyyətinə malikəm. 8. Xəstə münasibət mənlik deyil. 9.Heç bir dəstəni, tayfanı, regionu,partiyanı təmsil etmirəm, özümü xalqımın, millətimin, insanlığın balaca bir zərrəsi sayıram. 10. Həmişə sözümü tuturam və SÖZƏ heç vaxt xəyanət etmirəm.
Keçək Əli bəyə olan münasibətimə, xüsusi rəğbətimə.Qeyri – səlis məntiqə üstünlük versəm də bu dəfə fikrimi binar məntiqlə izah edəcəyəm. Çünki bu məntiq hələ də öz möhtəşəmliyini qoruyub saxlayır. Əqil nəticənin üç növü var: İnduktiv, deduktiv, anoloji. Mən burada induktiv əqli nəticəyə istinad edərək hökm verirəm ki, indiki siyasi liderlər arasında heç kimin ağlı Əli Kərimlinin ağlı kimi dərin, çevik ,müstəqil, və özünə qarşı tənqidi deyil. İndiki mübarizə müstəvisində heç kim ondan aydın şəkildə özünü ifadə etmir. Məqsədini, məramını, hardan başlayıb hara doğru getmək prespektivlərini ondan sadə, ondan dərin , ondan üstün ifadə edən lider görmürəm. Heç bir təşkilatda onun təşkilatında olan cavan, ağıllı, əqıdıli, cəsarətli potensiala rast gəlmirəm.
Səbəbə baş vurmadan nəticələrdən( induktiv əqli nəticədən) çıxış edərək deyirəm ki, heç bir liderin keçmişi Əli Kərimlinin keçmişindən aydın deyil. Bütün nəticələrin bugünki aydınlığının işığında mən bunu çox aydın görürəm.Köhnə palan içi eşməyə heç bir ehtiyac yoxdur. Məni insanın insan olması nəticəsi sevindirir, onun keçmişinin meymuna bənzər olması yox. Keçmişdə meymuna bənzər olmusan deyə insanı ling etmək axmaqlıqdır. Bu gün iqtidar müxalifətdə olan heç bir müxalifətin üstünə Əli Kərimli müxalifətinin üstünə getdiyi kimi getmir. Heç bir müxalifət ayrı – ayrılıqda bir bürinin qarasına, ağına, bozuna, keçmişinə döşəmir.Amma bəzən ayrı – ayrılıqda, bəzən də bir yerdə bil və ya bilavasitə hamısı iqtidarın xorunda gah solist gah da nəsə olaraq Əli Kərimlini gözdən salmağa çalışırlar. Nədən? Nədəni qanana aydın olduğundan xırdalamıram.
Nəticə budur ki, bu gün İqtidarın əlində olan bütün arsenal Əli Kərimliyə qarşı səfərbər olunub.İqtidara dəstək, Əli bəyə müxalif olan müxalifət də. Ata səviyyəsindən tutmuş aslan səviyyəsinə kimi ” müstəqil haqqsevərlər” də. Bütün bu müxtəlif əqidəli, dünyagörüçlü səviyyəli, səviyyəsiz təşəkilatları, adamları hardasa ağılagəlməz bir məqsəd birləşdirib. Əli Kərimlini nüfuzdan salmaq. Əli Kərimli əsl xalqın fikrini, istəklərini ifadə edir, onun dərdini yaşayır, sevincini daşıyır bu səbəbdən. Əli Kərimlinin üstünə birbaşa şərlə, bohtanla, yalanla gələnlərin hamısını mən bu xalqın atxodu hesab edirəm. İqtidarın əleyhinə icazəli xəttə qədər danışıb, dolayısı yol ilə ( Əli Kərimlidənsə bu hakimiyyət yaxşıdır bəhanəsilə) Əli Kərimli bostanına daş atanları daha qorxulu müstəvidə təsəvvür edirəm.Hərkənd, Əli bəy bir başa hakimiyyətə gəlmək iddiasında deyil bu gün. Avtoretar idarəetmədən demokratik idarə etmə sisteminə keçidin mücadiləsini aparır bu gün bu böyük insan. Bu nəticəni görmədən nəsə demək nəticəsizlikdir…
Və nəhayət, Əli Kərimli mənim də ürəyindən keçənləri deyir. Dilimin deyə bilmədiklərini söyləyir. Başqa heç nə demir. Mən ürəyimdən keçənləri ifadə edən adama niyə rəğbətimi bildirməməliyəm, axı? Nələrinsə müabilində, nələrinsə qorxusundan niyə az aşım, ağrımaz başım deməliyəm, axı? Mən rəzalətlərin bitməsini istəyirəm. başqa heç nə istəmirəm. Əli Kərimli bu rəzaləti bitirmək üçün danışır, ondan çıxış yollarını göstərir. Gücü çatdığı qədər. Mən bu gücün artmasında niyə iştirak eləməməliyəm, axı? Mən niyə əlavə 300 ildə gözləməliyəm, axı?