AXCP RH üzvü Fuad Qəhrəmanlı
- Kim ölkəmizin sülalə hakimiyyətindən qurtulub demokratik respublika olmasını istəyirsə
- Kim 102 il öncə Şərqdə ilk demokratik dövlət qurmuş, xalqımızın milli iradəsini yükəsəltmiş babalarımızın mənəvi mirasına dəyər verirsə
- Kim dövlətinə güvənən, hüquq və azadlıqları
qorunan vətəndaş olmaq istəyirsə - Kim Azərbaycan xalqının öz hürr iradəsi ilə hakimiyyətini seçmək haqqını müqəddəs bilirsə, 28 may da məhz, o insanların bayramıdır.
Bu gün istiqlal məfkurəsinə sayğı, demokratik haqq və azadlıqlara sarılmaq , öz qurucu babalarımızın böyük və dəyərli Cümhuriyyət mirasına sevgi günüdür.
Cümhuriyyət təkcə dünənimizin qürur yeri deyil, həm də bu günümüzün məqsədi, sabahımızın idealıdır.
Bizim üçün vətənimizin torpağının qəsbi nədirsə, Cümhuriyyət dəyərlərimizin qəsbi də odur.
Davamız Rəsulzadə mirası olan Cümhuriyyətimizin qaytarılması davasıdır. Bu davadan vaz keçməyəcəyik, usanmayacağıq, sonunda qalib gəlib Cümhuriyyətimizi azad edəcəyik.
Bu bir gerçəkdir ki, Cümhuriyyət dəyərlərimizi azad etməyincə, əsirlikdə olan torpaqlarımızı da azad edə bilməyəcəyik.
Məhz ölkəmizdə Cümhriyyət dəyərlərinin qalib gəldiyi gün, gerçək qurtuluş günü, Qarabağa gedən yolun açılış günü, Rəsulzadənin ruhunun gülümsədiyi gün olacaq.
O böyük gün arzusu ilə Cümhuriyyət bayramınız mübarək.