FƏXRƏDDİN MEHDİYEV
Hüquqşünas
İllər keçəçək, bu ilin 21 may tarixi ağır, üzüntülü xəbər kimi yaddaşlarda qalacaq. Həmin gün Şuşanın Cıdır düzündə erməni qəsibkarları beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, Azərbaycan ordusunun sərhəd yanı bölgələrində geniş miqyaslı hərbi təlimlərinə baxmayaraq inaqurasiya mərasimi keçirdilər. Ona görə də bu tarix dərin düşüncələr və ciddi hərəkətlər üçün istinad nöqtəsi olmalıdır.
Bu ay həm də icra strukturlarında yüksək məmurların korrupsiya ilə bağlı həbsləri ilə yadda qaldı. Icra hakimiyyəti başçılarının hətta imkansız ailələrə maddi yardımlarının mənimsəməsi də çox düşündürücü və üzüntülü oldu.
Nə baş verdi , nə üçün belə hadisələr baş verir ? Məsələyə həmin suallara cavab axtarışı konteksindən baxaq.
Dünyada hər bir hadisənin səbəbi və ya səbəbləri var. Dünya, səbəb – nəticə qanunları ilə yaşayır. Cəmiyyətin də inkişaf müəyyən obyektiv qanunlara tabedir. Görünəni odur ki, biz bu qanunlara yaşamırıq, ona görə də həmin qanunlar bizi cəzalandırır. Məncə, bunun başqa cür izahı yoxdur.
Siyasi elmlər öyrədirlər ki, xalqlar millətləşmə, demokratikləşmə, qloballaşma mərhələlərindən keçirlər. Millətləşmə dedikdə söhbət xalqın bütövləşməsindən gedir. Bütövləşmə, vətənləşmə ideyasını ali dəyərə çevirir. Tarixi proses göstərdi ki, bizdə millətləşmə, başa çatmadı. əgər bu başa çatsa idi, keçən əsrin əvvəllərində böyük mütəfəkkir şair M.Ə.Sabir belə yazmazdı.
Millət necə tarac olur olsun, nə işim var ?!
Düşmənlərə mötac olur olsun, nə işim var ?!
Maarifçi mütəfəkkillərimiz M.Ə.Sabir , Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əhməd Bəy Ağayev, O.F.Mehmanzadə və başqaları bu sahədə çox işlər gördülər. Lakin uzun dövr ərzində müstəmləkə idarəçiliyində, xanlıqlar dövründə yaşamaq nəticəsində formalaşmış siyasi düşüncə tərzini dəyişmək mümkün olmadı. Sovet dövründə də mütərəqqi düşüncəli insanlarımız fiziki cəhətdən məhv edildi. Bütövləşmə siyasi düşüncəsi dayandı. Sovet İttifaqı dağılanda bunun acı nəticəsi olaraq əks proses baş verdi : tayfalaşma, qəbilələşmə, regionlaşma və bu da erməni qəsbkarlarına torpaqlarımızı zəbt etməyə şərait yaratdı. Ermənilər də işə millətləşmə prosesi erməni kilsəsinin başçılığı ilə başa çatmışdı.
Ikincisi, Demokratikləşmə mərhələsi. Demokratiya insanlara azadlıq verir. Azadlıq isə insanların seçim imkanlarıdır. Demokratiya seçki yolu ilə siyasi nəsillərin dəyişməsini dinc yolla həyata keçirir və eltanı formalaşdırır. Elitanın formalaşması yalnız və yalnız azad, ədalətli seçki yolu ilə baş verir. ABŞ dövlətinin yaradıcılarından biri Tomas Cefferson deyirdi ki, anistokratiyanın formalaşması seçkidən keçir.
SSRİ dağılanda müsdəqillik əldə edən müttəfiq respublikaların əksəriyyəti super prezidednti respublika idarəetmə sisteminə keçdilər və sonradan onların bəziləri, o cümlədən Gürcüstan prezidentli – parlamentli, Ermənistan isə parlamenti idarəçiliyi keçdilər. Biz də isə bu dəyişiklik baş vermədi, əksinə demokratik proseslərin təminatçısı kimi çıxış edən proporsional seçki sistemindən belə imtina olundu.
Inkişaf etmiş ölkələrin siyasi həyatında parlament müstəsna rol oynayır. Əsasən parlament seçkiləri ilə siyasi elita formalaşır və yeniləşir. Bu isə əsasən proparsonal seçki yolu ilə baş verir və siyasi partiyalar seçki dövründə xalqdan aldığı ehtimad müqabilində kollektiv məsuliyyət daşıyır.
Ümumiyyətlə, dünyada elmi, texniki-texnoloji, hüquqi sahədə olduğu kimi idarəçiliyində beynəlxalq normalar və standartları formalaşıb. Bizdə də sistem bu normalarda və standartlara uyğunlaşmalıdır. Başqa yol yoxdur.
Üçüncüsü, Qloballaşma. Qloballaşma obyektiv prosedir. Dünyanın aparıcı iki tendensiya mövcuddur.: demokratiya və inteqrasiya . Qloballaşma şəraitində yaşamaq üçün hər bir ölkə beynəlxalq əmək bölgüsündə öz yerini tutmalıdır. Təbii sərvətlərin mövcudluğu ölkənin inkişafının təminatı deyil, əsas məsələ həmin sərvətlərdən necə istifadə edilməsidir. Əks halda ölkə xammal və ucuz işçi qüvvəsi kimi qalmağa məhkumdur. Qloballaşma şəraitində inkişaf etmiş ölkələr elm tutumlu sahələri inkişaf etdirməklə beyinin məhsullarını dünya bazarına çıxarırlar. Qloballaşma dövründə əsas istiqamət insan inkişafıdır və prioritetlər isə elm, təhsil, texnologiya, innovasiya iqtisadiyyatıdır. Ölkənin simasını bu meyarlar müəyyən edir. Bütün bunlar isə yenə də yanlız demokratikləşmədən keçir. Bizdə bu yolu seçməliyik. Başqa yol yoxdur.
Beləliklə, 21 may tarixdə Şuşa şəhərində erməni qəsbkarlarının inaqurasiya səbəbləri bizim millətləşmə, demokratikləşmə, qloballaşma mərhələsindəki problemlərimizdir.
Buradan ikinci əbədi sual yaranır : Nə etməli ?
Sözsüz, islahatlar aparılmalıdır !!! Islahatlar dedikdə fundamental dəyişiliyə səbəb olacaq konstitsion islahatdan söhbət gedə bilər. Çünki siyasi və idarəçilik sferasındakı islahatlar keyfiyyət dəyişikliyini yarada bilər. Belə bir islahta zərurət var. Bunu iqtidarın, müxalifətin və ictimaiyyətin nümayəndələri də bildirirlər. ABŞ –ın məşhur prezidenti olmuş F.Ruzveltin belə bir ifadəsi var: “islahatları mümkünsüz edən hakimiyyət inqilabları zəruri edir” Əlbəttə, inqilab fəlakətdir. . Təkamül yolu daha faydalı, sivil, optimal, doğru yoldur.
Konstitsiya islahatlarını aparmaq, siyasi sistemi təkmilləşdirmək, seçki sistemini yenidən qurmaq lazımdır. Bunlar elə məsələlərd ki, hamı bu nöqtədə birləşə bilər. Bu isə cəmiyyətə bütövləşməyə, demokratikləşməyə, qloballaşma şəraitində yaşamağa və inkişaf etməyə təinat verə bilər. Bu birləşmə nöqtəsi həm də istinad nöqtəsidir.