Son iki gündə AXCP sədri Əli Kərimli üçün alınan iki yeni telefon nömrəsi bloklanıb.
Partiyadan bildiriblər ki, yeni nömrələr Kərimli onlardan istifadə etməyə başladıqdan 20 dəqiqə sonra bloklanıb. Bu, bir daha təsdiqləyir ki, AXCP rəhbərinin blokadası hökumət səviyyəsində aparılır, deyə AXCP-dən bildiriblər.
Xatırladaq ki, Kərimli bir ay yarımdır ku faktiki ev dustaqı vəziyyətindədir və xarici aləmlə ilə əlaqələrdən məhrumdur.