AXCP RH üzvü Fuad Qəhrəmanlı
Ölkədə teror yox, terorçu yox, ancaq terroru maliyyələşdirən var. Özü də terroru maliyyələşdirən, bu, şəxs kirayadə yaşayır. Aydındır ki, söhbət Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovdan gedir. İşsiz, maddi baxımdan imkansız olduğu üçün dostunun tutduğu kirayə evdə yaşayırdı. İndi işgəncə altlnda, ömründə görmədiyi pullarla terroru maliyyələdirməkdə ittiham edilir.
Ancaq bir halda ki, Niyaməddini tutublar, heç olmasa, bu işi elə professional görmək lazımdlr ki, növbəti siyasi məhbus qalmaqalı yaranıb dövlətimizin imicinə xələl gətirməsin. Ona görə də həbs olunmuş icra başçılarınddan ifadə almaq lazım idi ki, onları korrupsiyaya Niyaməddin məcbur edirmiş və qorxularından oğurladıqları puldan Polad Ələmdar kimi ona bac verirmişlər. Evsiz Niyaməddini aparıb, bu icrabaşlarının villalarından birində kresloda yayxanmış halda şəklini çəkdirmək də yaddan çıxmamalıdır.
Məsələ bununla da bitmir axı. Bəs lənətə gəlmiş terrorçu necə olsun? Hə onu da tapmaq üçün həbsdə olan Suriyada döyüşmüş vəhhabilərdən ifadə almalıydılar ki, bəs onları Suriyada təlim keçməyı Niyamədin göndərib. Məqsəd, sonradan onları geri qaytarıb burada metronu, avtobusları, uşaq bağçalarını partladıb ölkədə sabitliyi pozmaq olub.
Aqil Hümbətovu da yaddan çıxarmaq olmaz axı. Yaxşı ki, bu adamı vaxtında dəlixanaya salıblar, yoxsa Niyaməddin onun dəliliyindən istifadə edib, belinə bomba bağlayıb qul bazarlarındakı binəvaların yanına göndərib partladacağmış. Bunun üçün Aqilin dilindən ifadə yazıb, həkim eksperin imzası ilə təsdiqlətmək də olar. Uzaq başı Aqilə bir iki şapalaq vurub, ağ kağıza da qol çəkdirmək olar, sonra nə istəyirsən yaz.
Əgər bütün bunlar olmasa, terroru maliyyələşdirmək ittihamı inandlrıcı alınmayacaq, ona görə də işi tamamlamaq lazımdır.
Hə, bu arada Niyaməddinin əsgərlikdə çəkilmiş çiynində pulemyot olan şəklinin yanına, çeçen komandirlərindən birini montaj edib, onun Pankisi Dərəsində qanunsuz silahlı dəstəlırin tərkibində döyüşdüyü görüntüsünü Aslan İsmayılovun səhifəsində piar üçün paylaşmaq da yaxşı olardı.
Yoxsa, indiyə qədər razılaşdırılmamış mitinqlərdə polisin yaxasıbdan belə tutub itələməyən cəbhəçilərə qoşulub terrorçuluq etməyə kimsə inanmaz, nəticədə hökumətimiz də, dövlətçiliyimiz də biabr olar.