Hamının diqqətlə oxumasını xahiş edirəm . Cəbhə gündəliyi.
30 avqust 1992 – ci il tarixdə 2 – ci Gədəbəy taboru, tabor komandiri V. Malbaxovun komandanlığı altında təxminən səhər saat 5 radələrində hücuma keçərək ,Krasnaselski rayonu ilə, bizim Gədəbəy rayonunun sərhəddində yerləşən , daim postlarımızı atəş altında saxlayan “ÖRÜK DAŞI” adlanan yüksəkliyi ələ keçirdi. Bu döyüşdə insafla qeyd etməliyəm ki, Qazax və Ağstafa rayonlarından bizə köməyə gəlmiş qüvvələrin də əməyi oldu.
Düşmən çox böyük itki verərək geri çəkilməyə məcbur oldu. Həmin döyüşdə bizim döyüşcülər düşmənin 2 ədəd T- 72 markalı tankını, bir neçə ədəd digər texnikasını da ələ keçirə bildi.Tutduğumuz mövqeyləri möhkəmləndirmək üçün 2 gün fasiləsiz döyüşməli olduq..
2- ci sutkanın tamamında tabor komandiri Malbaxov bizə yorğun olduğumuza görə postu digər qonşu rayondan gəlmiş (rayonun adını keçmiş döyüşcülər arasında münasibətə zərər vurduğuna görə yazmıram) döyüşcülərə tapşırıb bir qədər istirahət etmək üçün aşağı düşmək əmri verdi.
Nəsə…
Bəzi məqamları burada açıqlamaq istəmirəm…
Biz 2-ci Gədəbəy taborunun döyüşcüləri aşağı əsgərlərin istirahət etdiyi yerə təzəcə çatmışdıq ki, Gədəbəy rayonunun o vaxtki iicra başcısı SALEH RÜSTƏMOV mənə hava telefonu ilə zəng edərək ” ÖRÜK DAŞI” postunun düşmənin yenidən əlinə keçdiyini, ” Aşrım” ( PEROVAL) istiqamətindəki postumuz ətrafında da ciddi təhlükə yarandığını bildirdi. Və dərhal Gədəbəydən olan döyüşcüləri həyacan siqnalı ilə yenidən postlara qaytarmağı özünün də rayon mərkəzindən çıxdığını və döyüş bölgəsinə gedən yolun kənarında onu gözləyərək, mənimlə birlikdə posta çıxacağını dedi.
Əsgərlərmiz həyacan siqnalı ilə döyüş gedən ərazıya doğru hərəkət etdilər. Saleh Rustamov təcili Mutudərə kəndinə çatıb, mənimlə birgə, onun UAZ markalı xidməti maşınında düz qızğın döyüş gedən əraziyə “Aşrım”( Perava)ın başına çıxdıq. SALEH RÜSTƏMOV la mən maşınla çıxdığımız əraziyə düşmən bütün növ silahdan od yağdırırdı.Həm də bu hücumla düşmən təzəcə ələ keçirxiyimiz BAŞKƏNDİ geri qaytarmağa çalışırdı. Həmin döyüşdə düşmən tərəfdən təxminən 20 – yə yaxın T- 72 markalı tank hücuma keçmişdir.
Buna baxmayaraq, icra başcısı SALEH RÜSTƏMOVUN birbaşa döyüş bölgəsinə gəlnəsilə 2 – ci Gədəbəy taborunun döyüşcüləri təşkilatlanaraq böyük şücaət göstərərək”Örük daşı” postu əldən getsədə hazırdada ən əhəmiyyətli postumuz olan ” Aşrım” yüksəkliyini saxlaya bildilər.
Bir sözlə,SALEH RÜSTƏMOV o vaxtkı və indiki icra başcılarının hec birinin edə bilməyəcəyi bir qəhrəmanlıq NÜMUNƏSİ göstərdi.
Bunu elə – belə yazmadım. Dəyərli dostlar, indi həmin SALEH RÜSTƏMOV həbsxanadadır. Özüdə möhkəm xəstədir, deyirlər…
Nəsə…
Allah qapısını açsın!
Döyüşçü dostu