Natiq Ədilov
Bu statusu oxuyan hər bir cəbhəçidən, Milli Şura tərəfdarından xahişim var. Heç biriniz Altay Göyüşov barədə ayrıca status yazmayın, nə də aşağıdakı problem barədə. Ehtiyac yoxdur. Niyəsini, sonra danışarıq. İndisə getdik.
Sevinc xanım Osmanqızını Altay Göyüşov məsələsində birmənalı dəstəkləyirəm.
Bu dəstəyim heç də Sevinc Osmanqızının milli demokratik düşərgəyə, mürtəce Əliyev rejimi ilə mücadilədə yaratdığı media imkanına görə duyduğum simpatiyaya, Altay Göyüşovun pozucu, zərərli əməllərinə görə deyil. Ədalət naminə bunu etmək gərəkdir.
Məni əslində buna vadar edən Altay müəllimin qrant proyektlərindən xudmani pay almaq istəyən, orta çaplı bir polisin “əəə” xitabını eşidəndə sarısını udan amma Milli Şura və Xalq Cəbhəsinə hücumları ilə Atlant kimi görünmək istəyən zavallı bir zümrənin Sevinc xanıma total hücumu oldu. Bu insanların dərdi kiməsə haqsızlıq-konkret halda Altay müəllimə, olduğunu görüb dilə gəlmələri deyil. Əsla.
Olsaydı, bugün zindanda əqidəsinə görə zülm çəkən, eləcə də məhz ictimai-siyasi fəaliyyəti ucbatından mənfur rejimin təqib və təzyiqilə üzləşənlər barəsində də onlar qələm çalardılar. Edirlərmi? Aydan ildə bir dəfə ola bilər. Şairin ifadəsi ilə desək, “kabab üstdən sərin su pis olmaz” deyən kimi. “Quş qoymaq” xatirinə.
Altay müəllimə alqış qətiyyən onun qara gözlərinə görə deyil, yuxarıda yazdığım kimi; müəllim son dövrlər səliqəli formada qrantlar əldə edir. Bir çox zirəklər də düşünür iki-üç kəlmə Osmanqızının, Altay Göyüşovun dərdinə dönən Milli Şuranın ünvanına döşəyib o qrant projelərindən pay qoparmaq pis olmazdı. Məşhur ifadə ilə desək “niyə də yox”.
İkinci də, baş verənlər mənfur əliyevçi rejim qarşısında öz miskin qorxaqlıqlarını ört-basdır etmək üçün Milli Şuranı, ona dəstək verən medianı qaralamaq imkanından istifadədir.
Məsələnin məğzinə gələk: Sevinc Osmanqizi demiş ki, mən Göyüşovdan fərqli olaraq çörək kəsdiklərimi, dost dediklərimi bir-bir satmamışam.
Altay Göyüşov bu iddiaya böyük dəyərlərin qılafına girərək belə cavab verdi ki, nədi, nolsun Erkin, İlqar dostum olub deyə onlar səhv edəndə deməməliyəm?! Altayı yaxşı tanımayan, yaxud məhəbbətdən tanımaq istəməyən Dilqəm Şabanov kimi doktor dostlar bu sözlərdən vəcdə gəlir, alqış deyir.
Söz, fikir gözəl bəs Altay müəllim doğrudanmı o dəyərlərlə yaşayır? Yəni, baxmır dostudur, donorudur nəyidir, görürsə ki adam səhv edir, deyir səhvsən? Qətiyyən. Altay Göyüşovun o məlum qılafını azca qaldıranda tarix bizə acımasız bir fakt təqdim edir.
2012-ci il. Deputat Gülər Əhmədovanın mandat alverində iştirakıyla bağlı Elşad Abdullayev sensasion gizli videolar yayırdı. Hamı bu mövzuda danışır, mənfur rejimi, Gülər xanımı lənətləyirdi. Bu həngamədə o zamanların bir aktivist gənci həmən bu Altay müəllimdən soruşmuş ki, müəllim, nədən sükut edirsiniz, nə əcəb bu olub-bitənlər barədə bir kəlmə də olsun nəsə demir, yazmırsınız?
Müəllim deyib: Bilirsən mən Gülərlə bir sinifdə oxumuşam. Yaxşı deyil axı.( burda status müəllifinin-Natiq Ədilovun gözləri qəhərdən dolur)
Bax belə, bu adam iki məsələnin birində riyakarlıq, qeyri-səmimilik edir. Ya o heç bir ali dəyər daşıyıcısı, demokrat filan deyil, öz sinif yoldaşını qatı cinayət içində görüb susan biridir. Ya da ki, Erkinin, İlqarın çörəyinin duzu lazımınca olmayıb.
Bir daha soruşuruq. Dostuna da keçmirsənsə, Gülər Əhmədovaya niyə keçmişdin? Özü də Erkin və İlqardan fəqrli olaraq Gülər aşkar cinayət etmişdi.
“Qadın olduğuna görə” də deyə bilməyəcək. Çünki, bu prinsipi seçən adam Sevinc Osmanqızının da incə formada yazdığı 4 cümləni ötüşdürərdi. O isə canlı yayım açıb iki saat “döşəyib”. Heç Mehriban Əliyeva vitse qoyulandan üzü bəri onun haqda bu qədər danışmayıb.
Sevinc Osmanqızı müdafiə olunmalıdır. Ona münasibətimizdən asılı olmayaraq. Həqiqət və ədalət naminə!
Düzəliş edildi: Qeydin ilk varinatındakı aktivist gəncin adını sildim. Xahiş edirəm bunu nəzərə alın. Lakin, bu Altay müəllimin Gülər mövzusunda sinif/qrup yoldaşı olduğuna görə susduğunu təkzib etmir. O zaman bu Gülərqeyt barəsində statusu, məqaləsi, müsahibəsi varsa tərəfdarları şərh bölməsinə yerləşdirə bilər.