Suriya diktatoru islahatlar haqda danışmağa başladı
Suriyanı 40 ildir idarə edən Əsəd ailəsinin üzvü hazırki president Bəşər Əsəd ABŞ-ın “The Wall Street Journal” qəzetinə verdiyi müsahibəsində ölkəsində islahatlar aparılmasının zamanının yetişdiyini söyləyib. Bəşər Əsəd Tunis, Yəmən və Misirdəki üsyanları Yaxın Şərqdə yeni bir dönəmin başlanğıcı adlandırıb. O, ərəb ölkələri liderlərinin xalqlarının artan siyasi və iqtisadi tələblərini yerinə yetirməyin lazım olduğunu bildirib.
Suriya lideri ilk mərhələdə gerçəkləşdiriləcək islahatar içərisində bu il ərzində ölkədə bələdiyyə seçkiləri keçiriləcəyini, sivil vətəndaş təşkilatlarının gücləndirilməsi üçün addımların atılacağını və yeni KİV qanunun qəbul oluncağını vurğulayıb.