Sayın cumhurbaşkanım Rəcəb Tayyib Ərdoğan! Bilmirəm xəbəriniz varmı, haqsız yerə 15 gündür ki, həbsdəyəm. Ölkəmizin və dünyanın böyük bir bəla ilə mübarizə apardığı bu günlərdə sizlərdən əfvinizə sığınaraq bir daha xahiş edirəm. Mənim tamamilə heç bir günahım olmadığı halda FETÖ adlandırılan şəbəkəyə üzv kimi göstərib haqqımda cinayət işi qururlar. Ən çox üzüldüyüm isə günahsız anam, atam və dörd övladımın göz yaşı içində məni gözləmələridir. 81 və 84 yaşlı anama və atama üzülməsinlər deyə, mənim koronavirus səbəbilə xaricdə olmağım barədə yalan demişik.
Sayın cumhurbaşkanı, məni 21 ildir ki, tanıyırsınız. Mən hətta özüm üçün heç bir şey istəməmişəm, istəmərəm də. Ancaq ana və atamın səhhəti ilə əlaqədar mən onların yanında olmalıyam. Sizlərdən haqqımdakı həbs qərarının ev dustaqlığına çevrilməsini xahiş edirəm.
Dəyərli böyüyüm, məni tanıyırsınız, rus təyyarəsi vurulanda ortaya çıxan siyasi gərginlikdən dolayı sizə olan dəstəyimi bilən ruslar öncə məni İŞİD-çi olmaqda ittiham etdilər. Ardınca Rusiyadakı şirkətlərimə qarşı əməliyyat qurdular. Bu məsələdə nə bədəllər ödədiyimi görə bilərsiniz. Mən bədəl ödəməyin nə olduğunu bilirəm. Anam və atam kasıblıqdan əziyyət çəkərək məni böyüdüblər və bir yerlərə gətirib çıxarıblar. Vermiş olduqları bu əməyin qarşılığında onlatra göz yaşı tökdürə bilmərəm. Allah qatında da bunun qəbulu yoxdur. Bilirsiniz ki, “cənnət anaların ayaqları altındadır”. Şərəfim və namusum üzərinə and içirəm ki, əgər günahkaramsa, bir cəzam varsa, nə olursa olsun, taleyimdir deyib, qəbul edərəm. Ancaq bu xəstəlik dönəmində onsuz da səhhətində problemlər olan ana və atamı yalnız buraxmaq olmaz. Siz dəyərli böyüyümdən xahişim həbsimin ev dustaqlığına çevrilməsinə yardım etməyinizdir”.