AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Üzləşdiyimiz qlobal koranavirus pandemiyası və neft qiymətlərinin kəskin düşməsi yeni bir dövrün doğuş sancıları da sayıla bilər. Azərbacan üçün yeni dövrün konturları nələr ola bilər? Görünən odur ki, hakimiyyət bütün bazis şərtlərinin dəyişməsinə rəğmən, inzibati üsullarla siyasi iqtsadi sistemin əvəlki konfiqurasiyasını qoruyub saxlamağa çalışır. Bu yolla böhranın gətirdiyi dəyişiklik zərurətinin qarşısını almağa, elə böhranın özü mane olacaq. Başqa sözlə, dəyişikliyi durdurmaq üçün böhranı durdurmaq gərəkdir, bu mümkün deyilsə, demək hakim elitanın indiki səyləri axına qarsı üzmək deməkdir. Hara qədər?
Neft böhranı
Aydındır görünür ki, büdcəsinin 60% birbaşa, 13 % dolayı şəkildə neft gəlirlərindən formslaşan ölkə üçün neft qiymətlərinin 25 dolların altına düşməsi, dərin sistem böhranı yaradıb. Əgər neftin qiymətləri bu həddə qalmaqda davam edərsə, (böyük ehtimalla daha aşağı enməkdə davam edəcək) o zaman, bu il üçün neftdən gələn gəlirlərin 1mlrd 370 mln dollar civarında olacağı gözlənilir. Müqayisə üçün deyək ki, ötən il neftdən illik gəlir 9 milyard dollar civarında olub. Bu da gəlirlərin 7 dəfə azalması anlamına gəlir. Demək, hökumət gələn il üçün büdcəni indiki həddə saxlamaq üçün Neft Fonduna daxil olcaq 1 milyarda 370 milyona qarışılıq, azı 6 milyard dollar daha artıq vəsait götürməli olacaq. Ancaq bu nikbin ehtimaldır. Çünki, koronavirus üzündən iqtisadiyyatın digər sektorlarında turizm, xidmət, ticarət, mənzil bazarı, invvestitsiya qoyuluşunun kəskin düşməsi, bank və maliyyə sahəsində durğunluq və s. qeyri neft sektorundan büdcə daxil olmalarını böyük həcmdə azaldaraq, növbəti ildə Neft Fondunundan daha artıq vəsait götürməyə zərurət yaradacaq.
Məsələ təkcə bununla da bitmir. Bir müddətdən sonra hökumətin məcburiyyət üzündən gedəcəyi devalvasiyanın gətirəcəyi qiymət artımını və alıcılıq qabiliyyəti zəifləyən manata etibarın itməsi üzündən dollara təlabatın kəskin artmasını da nəzərə alsaq, hökuməti necə ağır günlərin gözlədiyini təsəvvür etmək çətin deyil. Təcrübə onu göstərir ki, böhran şəraitində hökumətin əl atdığı yeganə “çarə” Neft Fondunun və Milli Bankın valyuta rezervlərindən proflaktik məqsədlərlə istifadə etməkdən ibarətdir. Bu da valyuta ehtiyyatlarını qısa müddətə havaya sovuran səmərəsiz bir yol olduğu üçün, perspektivdə vəzyyəti daha da ağırlaşdırır. 2015- ci ilin neft böhranında bu yolu tutan hökuməti, sonrakı illərdə neft qiymətlərinin qalxması xilas etmişdi. İndi isə belə ehtimal çox aşağıdır. Bu şəraitdə ən ağıllı antiböhran tədbirləri belə, qeyri neft sektorunu qısa müddətdə inkişaf etdirmək üçün çarə deyil. Nəzərə alaq ki, indiki hakimiyyət nə belə tədbirlər planına, nə də ki, onu həyata keçirmək qabiliyyətnə malik deyil. Heç iqtisadiyyatın hazırkı strukturu da səmərəli müdaxiləyə imkanı vermir.
Sosial narazılıq epidemiyası
Haqqında danışdığımız neft qiymətləri ilə yanaşı, koranavirus üzündən iqtisadiyyatın digər sahələrndə yaranan tənəzzül, gələcək sosial narazılıqlarrın əsas episentirinə çevrilməkdədir. Diqqət edək, 4,5 milyonluq əmək qabiliyyətli əhalinin 900 mini büdcədən maaş alır. 700 min məfər isə özəl sektordan əmək haqqı alır. Yerdə qalan 3 milyon adam isə günəmuzd işlərlə keçimini saxlayır. Özəl sektorda vəziyyət isə, günü – gündən daha dramatik hal alır. Ticarətdə qeyri ərzaq sahəsində satışlar demək olar ki, dayanıb. Xidmət sektorunda isə restoranlar, kafe və çayxanalar da bağlıdır. Nəqliyyat sahəsində daşıma tempinin düşməsini və turizmdə çalışanların işsiz qalmasını nəzərə alsaq, insanların yaşayış təminatının nə qədrmə qədər kəskin pisləşməsini təsəvvür etmək olar. Bununla bərabər, yüz minlərlə insanın mənzil kirayəsi, on minlərlə ticarət və xidmət müəssisələrinin icarəsində yaranmış problemləri də unutmamaq gərəkdir. Əlavə olaraq, ölkənin Cənub və Şimal bölgəsində sərhəd ticarətindən yaşayan yüz minlərlə ailənin, dolanışıq mənbəyindən məhrum olmasını da diqqətə almaq lazımdır. Bu vəziyyətdə milyonlarla insan karantin rejimində evində oturub necə yaşayacaq, ərzağı, komunal xərcləri, kreditləri necə ödəyəcək? Hökumət bu suallra cavab verməsə (necə cavab verəvəyi də bəlli deyil) nə baş verəcək? Bu sosial gərginlik və narazılığı karantin rejimi lokallaşdırıb, bloklaya biləcəkmi? Hökumət bu dəyişən iqtisadi və sosial şərtləri, vəziyyət daha da kəskinləşməmiş qiymətləndirib, təcili milli həmrəylik siyasətinə keçib, real siyasi, iqtisadi islahatlara başlamasa nəticələr hamı üçün çox ağır ola bilər. Sosial narazılq selinin gəldiyi, o qədər açıq aydın görünür ki, bunu başa düşmək üçün heç də dərin ağıla və strateji düşüncəyə sahib olmaq lazım deyil. Hələ ki, onun qarşısını hazırkı inzibati bəndlərlə kəsmək olur, ancaq, bu narazılığın toplandığı gölün səviyyəsi günü – gündən artır. Görünən odur ki, hökumətin bu sosial narazılığı ram etmək üçün düşündüyü yeganə plan və çarə müxalifətə qarşı represiyalarla cəmiyyəti qorxutmaqdır.
Siyasi repressiyalar çıxış yoludurmu?
Əgər bu yolla xalqın sosial narazılıqlarını boğmağın mümkünlüyünə inananlar varsa, ciddi şəkildə yanılırlar. Bu düşüncədə olanlar, müxalifətin guya xalqı qızışdırdığını əsas götürərək öz aləmlərində, siyasi həbslərlə müxalifəti “təcrid etməklə” xalqın etirazlarını önləyəcəklərini düşünürlər. Səhv yanaşmadır. Təkcə son 10 ilin dünya təəcrübəsi göstərir ki, xalq etirazları, inqilabıar olan ölkələrdə bu cür hadisələr ancaq müxalifətlə bağlı deyil. Əksər hallarda, narazı xalq özü dözə bilmədiyi üçün meydanlara çıxır və müxalifət də bundan sonra prosesdə iştirak etməyə başlayır. Təəcrübə də onu göstərir ki, harada ki, müxalifət təşəbbüsü ələ alır, orada proseslər daha dinc məcrada baş verir. Müxalifətin məhv edildiyi, olmadığı yerlərdə isə, emosional partlayışlar və kütlə aqressiyası hakim olur ki, bu da yeni bir fəlakət girdabına yol açır. Ona görə də, hökumət ciddi şəkildə anlamalıdır ki, evində ərzaq almağa pulu olmayan, kommunal və digər zəruri xərclərini ödəyə bilməyən insanların dözüm limiti bitəndə, onlar Əli Kərimlinin çağrışı olmadan da hökumətin qarşısıbda yer alacaqlar. Bu baxımdan Tofiq Yaqublunun həbsi ilə müxalifətə qarşı növbəti repressiv addımın atılması, hakimiyyəti həm beynəlxalq səviyyədə ağır mənəvi – siyasi zərbəyə məruz qoydu, həm də, ölkə daxilində kütləvi hiddət doğurdu. Bu cür üsullar, ölkədə siyasi qarşıdurma mühitini daha da kəskinləşdirir, ictimai aqressiyanı daha da gücləndirir və ən başlıcası hakimiyyətin qorxduğu sosial narazılıqları yumşaltmır, həll etmir. Əksinə, internetin hesabına insanlar başqa ölkələrdə dövlətlərin xalqın vəziyyətini yüngülləşdirmək üçün atdığı addımlardan xəbər tuturlar. Bunun müqabilində bizim ölkədə hakimiyyətin xalqın qayğılarını həll etmək yerinə, onların problemlərini dilə gətirənləri hədəf götürdüyünü görəndə insanlar daha çox narazı qalrlar.
Ona görə də, hakimiyyət siyasi məsuliyyət hiss etməli və böhrandandan çıxış üçün iqtisadi və siyasi islahatlara qərar verməli, müxalifətin və cəmiyyətin tələblərini eşitməli, pandemiya təhlükəsinə qarşı milli həmrəyliyin yaradılması məqsədi ilə repressiya və siyasi qarşıdurmanı dərinləşdirməkdən imtina etməlidir.
Əks təqdirdə, bu günkü siyasətin dəsti xəttimilə ölkəmiz üçün fəlakət ssenarisinin yazıldığını görmək üçün, çox da zaman tələb olunmayacaq.