ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Gözləntilərimiz özünü doğrultmaqdadır. Azadəyə deyil, Jaləyə qarşı cinayət işi açılıb.Həyasızlığın dərəcəsinə baxın!
Bütün dünyanın gözünün qarşısında Jalənin seçki məntəqəsində döyüb, sürüyürlər. Onun döyülməsinə MSK sədri belə münasibət bildirir: “digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin, bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”
Əvvala, MSK sədri prokuror, məhkəmə deyil ki, kimisə cəzalandıracaqlar desin.
İkincisi, ondan soruşan gərək ki, sənin digər xanım adlandırdığın Azadə Kərimovanın həmin məntədə nə işi var idi. O seçici deyil, nə məntəqə üzvü, nə də müşahidəçi deyil, ümumiyyətlə onun məntəqədə mövcudluğu faktı qanunsuzdur. Üçüncüsü, seçki məntəqəsi ictimai yerdir. Dəfələrlə bəyan edilib ki, seçki şəffaflıq və aşkarlıq şəraitində keçir, məntəqələrdə veb kameralar quraşdırılıb. Jaləyə gəlincə, onu DSK -nın katibi Mübariz Əmirov bunu çək deyə onu özü çəkməyə dəvət edib. Çəkiliş isə küçədə deyil, hamamda deyil, evdə deyil, ictimai yerdə – seçki məntəqəsində olub. Nəhayət, Jalə vəhşicəsinə döyülüb, fiziki zor faktı göz qabağındadır, bu videoları izləyənləri də hiddətləndirib, amma döyənə qarşı işi bağlayıb, döyünənə qarşı iş açmaq onu göstərir ki, bu siyasi sifarişlidir. Odur ki, bu iş qanunla deyil, şəxsi göstərişlə icra olunur. MSK sədri də bunu öz məsuliyyətsiz çıxışı ilə təsdiq etdi.
Onu da əlavə edim ki, Jalə dünən Lənkəran polisində olub, təhqiqatçı ilə görüşüb və ona bu barədə heç nə deyilməyib. Bu gün MSK sədrinin dediklərini yeni uydurublar.
Dostlar Jaləyə qarşı edilənlər müstəqil fikirli Azərbaycan gəncliyinə, ölkənin gələcəyinə təhdiddir və təhqirdir. Buna laqeyd qalmayaq, susmayaq.
Baxmayanlar, baxsın bu videolara əgər ürəyiniz tab gətirərsə, onda özünüz bir daha görəcəksiniz ki, nələr baş verir, kimdir günahkar.
https://www.youtube.com/watch?v=aZkgGtKwicU#action=share