Milli Şuranın sədri Cəmil Həsənli
Bunlar yalnız dövlət hakimiyyəti orqanlarının seçkili əsasların məhv etməyiblər, seçki institutların dağıtmayıblar, prezident, parlament və bələdiyyə seçkilərini ironiyaya çevirməyiblər, ölkədə seçki adına nə varsa hamısının başına daş salıblar. Bir dəfə Akademiya “seçkilərindən” sonra İsa Həbibbəyli “Azərbaycan” qəzetində yazmışdı ki, Akademiyanın həqiqi və müxbir üzvü olmaq “seçki” ilədir, akademiklər və müxbir üzvlər Cəmil Həsənliyə səs vermədiyi üçün o, MEA-nın üzvü seçilmədi. Dedim akademiya seçkilərində səs almağın meyarı nədir İsa “müəllim”?
Son 50 ildə dünyanın birinci üçlüyünə daxil olan Harvard, Oxford, Cambridge kimi universitetlərin birinci ikisində 3 monoqrafiyam çıxıb, dünyanın 20-dən çox Nobel mükafatçısını nəşr etmiş Routledge, Taylor & Francis Group 2 monoqrafiyamı dərc edib, mormonların məskunlaşdığı Utahda Universitety Press Qarabağ və Naxçıvan keşməkeşlərindən bəhs edən 500 səhifəlik kitabımı nəşr edib, Rusiyanın ən məşhur “Nauka” və ROSSPEN nəşriyattaları üst-üstə 5 monoqrafiyamı nəşr edib. Necə olur ki, o səs verən akademiklər mənə deyil, Naxçıvanda (Naxçıvanlı dostlarım inciməsinlər) 2-3 “samizdatı” çıxan, elmlər doktoru diplomunun hələ mürəkkəbi (islaq yazısı) qurumamış, dissertasiyasın ona-buna yazdırdığı heç kimdə şübhə doğurmayan “alimə” səs verir? Bunun sirri nədədir? Bundan sonra dedilər ki, ayrıseçkilik edirsən. Dedim: necə olur ki, utanıb-qızarmadan bu natəmiz işləri görmək ayrıseçkilik olmur, amma demək ayrıseçkilik olur.
Deməli bunlar görün necə natəmiz işlərlə məşğul olurlar. Naxçıvanı “ideoloji” baxımdan möhkəmləndirmək adı altında “əsərləri” Culfadan o tərəfə keçməyən, orada doktorluq “müdafiə” edən hər kəsi ya birbaşa akademik, ya da müxbir üzv “seçillər” . Nəticədə ümumiyyətlə elmə heç bir aidiyyəti olmayan, adından nəşr edilmiş qalın-qalın kitablardan nəinki xəbəri olmayan, heç zəhmət çəkib o kitablada hansı cəfəngiyyatın yazıldığın oxumayan Ramiz Mehdiyev olur AMEA-nın prezidenti, iki sözü və fikri bir-birnə quraşdırıb ifadə edə bilməyən İsa Həbibbəyli də olur onun birinci vitse-prezidenti!
Daha Naxçıvanda akademik olmayan doktor qalmadığı üçün, indi görünür AMEA-nın prezidenti ilə, birinci vitse-prezidenti yerliçilin daşın atıb beynəlmiləlçiliyə qurşanacaq və əl-ələ verib Universiteti bitirəndən 26 il sonra, 52 yaşında namizədlik dissertasiyası müdafiəsi etmiş Qalina Yuriyevnanı akademik “seçəcəklər”. Bu da olacaq fəlsəfi baxımdan yerliçiliklə beynəlmiləlçiliyin vəhdəti!
P.S.Nümunəni özümdən gətirdiyimə görə üzr istəyirəm.