“Nardaran işi” üzrə həbs edilən Ramin Yarıyev 2 saylı Cəzaçəkmə müəsisəsində təzyiqlərlə üzləşib. Bu barədə məhkumun yaxınları məlumat verib.
Bildirilir ki, Ramin Yarıyev Cəzaçəkmə Müəssisənin rəis müavini tərəfindən işgəncəyə məruz qalıb.
“Raminə əvvəlcə 3 gün müddətinə kars cəzası alıb. 3 gün bitdikdən sonra kars cəzasını 1 gün də artırıblar. Onun olduğu otağa daxil olaraq yerə yıxaraq saçını tam qırxıblar. Bu əməliyyata şəxsən rəis CÇM-nin rəisi Tahir Yusifovun müşayəti ilə keçirilib. Buna görə hesab edirik ki, sifariş lap yüksəkdən gəlib “, – deyə yaxınları diqqətə çatdırıb. Həmçinin, Ramin Yarıyevin telefondan istifadə hüququna izn verilmədiyi də bildirilib.
Xatırladaq ki, Ramin Nağıyev 2015-ci ilin 26 noyabrında Nardaranda baş verən hadisələr zamanı öz evində həbs edilib. O, saxlanılan zaman yetkinlik yaşına çatmayıb. Taleh Bağırzadə və digərləri ilə birgə mühakimə olunaraq azyaşlı olmasına baxmayaraq qanunvericilikdə nəzərdə tutulan cəzanın ən yüksək həddi- 10 il müddədinə azadlıqdan mərhumetmə ilə cəzalandırılıb.
Ramin Yarıyev yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən siyasi məhbus hesab edilir.
Məsələ ilə bağlı Penitensiar Xidmətlə əlaqə saxlamaq cəhdimiz alınmadı. Buna baxmayaraq qarçı tərəfin mövqe bildirmək haqqını tanıyırıq.
azadliq.info