Hazırkı Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin təyin edilməsi haqqında ölkə başçısı İlham Əliyev bu gün sərəncam verib. Sərəncama əsasən, növbədənkənar seçki gələn ik fevralın 9-da keçirilməlidir.
Xatırladaq ki, Milli Məclisin özünü buraxmaq barədə qərarının Konstitusiyaya uyğunluğu barədə ölkə başçısının sorğusuna Konstitusiya Məhkəməsi ötən gün, dekabrın 4-də müsbət cavab vermişdi.