Beləliklə, Azərbaycanın tarixində birinci dəfə Milli Məclis buraxılıb. Spiker Oqtay Əsədovun Striptiz qalmaqalı bu Parlamentin taleyini həll edib. Daha sonra isə, Rövnəq Abdullayevin saat draması isə Parlamentin baş daşısı idi. Yadınıza salaq ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən striptiz-barda keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları, sosial şəbəkələrdə, “YouTube”da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri milionlar izləyib. Moskva polisi tərəfindən təqdim olunan sənədlərdən görünür ki, 10 milyon dollar qiyməti olan “Kapriz” adlı striptiz klub Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib.
Bir çox mənbənin verdiyi xəbərə görə, Prezident İlham Əliyev eks-spiker Oqtay Əsədovu məsələyə görə otağından qovmuşdur. Qəribə və təəccüb doğuran hal odur ki, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan bu xəbər barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti gülməli arqument gətiriblər. Ancaq əvvəla, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərilik edən bir şəxslə bağlı belə biabırçı, geniş əks-sədaya səbəb olan məlumat yayılırsa, bu adam ya həbs olunur, ya da istefaya göndərilir. Oqtay Əsədov istefa vermədi, lakin ona düşən cəzanı bütün Parlament aldı. Bu da məlum olmuşdur ki, həmin striptiz-barda Moskva erməniləri geniş-miqyaslı tədbirlər keçirdirdi.
İkinci, İlham Əliyev sual qoydu- Azərbaycan parlamentinə rəhbərlik edən, uzun illərdir ölkədə yüksək vəzifələrdə çalışan bir şəxsin ailə üzvləri hansı səbəbdən, hansı pulla və nəyə görə başqa bir ölkənin paytaxtında klub və ya sauna alır? Bu hansı ehtiyacdan yaranıb: pullarını ölkədən çıxarırlar, yoxsa köçüb gedib Moskvada yaşamağa hazırlaşırlar?
Üçüncüsü, 10 milyon dollardan yüksək qiymət qoyulan belə bir obyekti Oqtay Əsədovun xanımı hansı vəsait hesabına əldə edib? Oqtay Əsədov 2005-ci ildən parlamentə rəhbərlik edir. Hər seçkidə özünün və ailəsinin əmlakı barədə MSK-ya hesabat verir. Hesabatlarında xanımının adına Moskvada belə bir obyektin olduğunu qeyd edibmi? Etməyibsə niyə gizlədib?
Ancaq bu gün Oqtay Əsədov Azərbaycan parlamentinin sədri idi, ölkənin qanunverici hakimiyyətinin başçısı idi. Siyasi vəzifə daşıyırdı. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adamın başqa bir ölkənin, xüsusən də Rusiyanın paytaxtında obyekt alması nə qədər doğrudur? Üstəlik də, bu obyekt striptiz klub və ya sauna kimi işlədilirsə… Mənbənin verdiyi xəbərə görə İlham Əliyev daxili iclasda sual qoydu: Məgər xalqı biyabır etmiş eks-spiker Əsədov bilmirdi ki, bu fakt Parlamenti məhv edəcək?