Striptiz-Məclisdə kreslolar yer dəyişir. Bu dəyişimin məmnunluğunu yaşayanlar da var, xofunu yaşayanlar da. Ən çox xoflananlar kimlərdir, bilirsiniz? Son illər “vurulmuş” sabiqlərin yaxınları. Bir də bu dalğanı atlatmaq üçün bəzilərinin hara qədər endiklərini bilsəniz, ağlınız qarışar. Yəqin ki, xatırlayanlar var. İllər öncə Parlamentin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına şübhəli gəlmişdi. Əsədov o vaxt Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə yalnız sadəlövh adamlar inanardı. Üstəlik, onun nazirlə hər zaman uzun müddət ikilikdə söhbətinin mövzusu da böyük maraq doğurmuşdu. Amma çox keçmədi, divarın qulağı kənara çox qəribə informasiyalar ötürməyə başladı. Məlum oldu ki, Striptiz-spiker Eldar Mahmudova məlumatlar ötürürdü, hətta Mahmudovun hakimiyyəti devirmək planı da var idi. Eldar Mahmudov hətta Mehriban Əliyevə haqda kompramat xarakterli məlumatları toplayırdı. Plan belə idi, Eldar Mahmudov MTN-nin “spetznaz”ı vasitəsilə hakimiyyəti devirir, Parlament isə yeni hakimiyyətin leqitimliyini təmin edir. Ona görə də, bankir C.Haciyev dövlətdən oğurluğu pulu qaytarmaq istəmirdi. Düşünürdü ki, qudası Eldar Mahmudov tezliklə Prezident olacaq.
MTN şefinin Parlamentdəki “qulağı”
Bu barədə artıq yazılmışdır, lakin yenə qeyd olunmalıdır. Demə, Oqtay Əsədov illərlə hakim ailənin və deputatların ailələri və biznesləri haqqında məlumatları keçmiş MTN şefi Eldar Mahmudova ötürməklə məşğul olurmuş. O, çevrəsindəki bütün imkanlı şəxslərin, illərlə yaxınlıq etdiyi Qərbi Azərbaycanlı iş adamlarının adlarını bircə-bircə MTN şefinə çatdırırmış. Necə deyərlər, spiker keçmiş nazirin “A” ləqəbli yüksək etalonluq agenti imiş. Sabiq nazir kimin Milli Məclisə bahalı maşınla gəlib – getdiyini, kimin kiminlə yatıb-durduğunu məhz Əsədov vasitəsilə öyrənirmiş. Qısa vaxtda Milli Məclisdə xəbər daşıyanın kim olduğunu bilməyən qalmadı. Əslində, Eldar Mahmudova “dost” deyən spikerin dostluğu da, bir siyasi hiyləgərlik imiş. Demə, ortada bir siyasi sövdələşmə varmış. Çünki Mahmudov da spikerin arvadının Moskvadakı hoqqalarından, onun “Kapriz” striptiz – barından, bu barın əsas müştərilərinin ermənilər olduğundan xəbərdar imiş. O üzdən iki həpənd əl-ələ verib başqalarına torba tikə-tikə beləcə dolanıb gedirmişlər…
Məqama görə yüz rəng maska dəyişən striptiz-spiker
İlham Əliyev Əsədovu “kanalizasiyadan” çıxarıb, Parlamentin rəhbəri etdi. Lakin Əsədov kimi buqələmunlara nə var ki…Onlar xasiyyətlərini tərgitməzlər, amma hər məqamda hər havaya tezcə uyğunlaşmağı bacararlar. Spikerlik fəaliyyəti dövründə özündən aşağı məqamda oturan nazirə agentlik edən Əsədov da xasiyyətini dəyişə bilməz. Milli Məclis deputatların dedikləri görə, artıq oturub-durduğu masalarda İlham Əliyevin qarasınca da deyinməyə başlayıb. Özünə xəyanət, çirkab və cinayət üzərində böyük karyera quran Əsədov cəzasız qalacağınımı düşünür? Dara düşən kimi yaxın çevrəsini ələ verən dosyesi ləkəli spiker nə qədər sudan quru çıxacağına ümid edir? O çərxi-fələk mütləq agent spikerin də yaxasını ələ keçirəcək bu yaxınlarda. Azərbaycan parlamentini bu rüsvayçı səviyyəyə salmış birinin məsuliyyətdən kənarda qalacağına kimsə ümid etməsin. Hər kəsin əməlinə görə cavab verəcəyi gün uzaqda deyil. Bunu ölkədə gündən-günə artan narazılıq da sübut edib.