Deputat Elxan Süleymanov qadın söhbətinə görə niyə qəzəblənib? Xalq Modern.az saytın tərəfindədir.
Mətbuatda yaşlı parlament üzvlərinin xanım köməkçilərə üstünlük verməsi haqqında yazılanlar 79 yaşlı deputat Elxan Süleymanovu bərk qəzəbləndirib. O, Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub ünvanlayaraq, yazını dərc edən Modern.az saytını cəzalandırmağı tələb edib. Deputat bildirib ki, “həmin yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır”. Saytın rəhbərliyi deputatın məsələyə bu qədər aqressiv reaksiya verdiyinə təəssüfünü bildirib və hiddətə heç bir əsas olmadığını qeyd edib. “ Elxan müəllim çox uzağa gedərək, iddia edir ki, yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. Hardadı həmin suçlama? Yazıda qeyri-adi, üstüörtülü ifadələr harda qeyd olunub? Elxan müəllimdən xahiş edirik ki, fikirlərini ifadə edəndə jurnalistlərə iftira atmasın, hansısa cümləni başqa yerə yozmasın, yaşlı insan kimi nümunə göstərsin. Yox, yenə başqa cür fikirləşirsə, bu artıq onun öz işidir”.
Həqiqətən, Elxan Süleymanovun məsələyə artıq dərəcədə aqressiv yanaşmasını anlamaq olmur. Adam niyə belə təlaş keçirir, bu nəyin həyəcanı, nəyin xofudur? Həmin yazıda qocaman deputatları incidən, aşağılayan xüsusi bir məqam yox. Adam nədən anında qılıncını çəkib jurnalistlərin üstünə hücum çəkib, anlamadıq. Deyəsən Elxan Süleymanov “mənəviyyat, namus, şərəf ” məsələlərinə bir az dar çərçivədən baxır. Ya da o, iki il əvvəl dünyanın gündəminə bomba kimi düşən Avropa Sabitlik Təşəbbüsünün “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı araşdırmasını unutduğumuzu düşünür: “Bu araşdırmaya görə adı korrupsiya əməllərində hallandırılan bir qrup deputat, o cümlədən hamının yaxşı tanıdığı Aqramunt, Destekse, Karin Strenz, o cümlədən Elxan Süleymanov 2015-ci ildə Makedoniya müxalifətinə qarşı qeyri-müəyyən bəyannamənin qəbul edilməsində və Makedoniya prokurorluğunun əməkdaşının seçilməsində iştirak ediblər. Hesabatda Elxan Süleymanov və Müslim Məmmədov AŞPA-nın digər üzvlərinə rüşvət verməkdə ittiham ediliblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin avropalı deputatları pulla ələ alma və digər korrupsiya ilə bağlı əməllərdə ittiham edilən iki üzvü – Elxan Süleymanov və Müslim Məmmədov nümayəndə heyətindən çıxarılıb.”
Gərək qocaman deputatımız “mənəviyyat, namus, şərəf ”məsələlərini əldə bayraq edib, jurnalistlərin üstünə şığıyanda, qara siyahılardakı öz adına da bir göz atsın.
Qadın, qız məsələsinə gəlincə də, deputatın hay-küyü şivənlikdən başqa bir şey deyil. Guya xalq parlamentdə oturan bu deputatların nə yuvanın quşu olduğunu bilmir. Guya onların haralarda nə hoqqalardan çıxmasından ölkə insanının xəbəri yoxdur. Guya bir il əvvəl uzaq Qusar meşələrində hər kəsdən xəbərsiz viaqradan canını tapşıran 71 yaşlı deputat bunun həmkarı deyildi? Guya o parlamentdə spikerindən tutmuş mühafizəçisinə qədər hamısının eşq macərası yaşadığını xalq bilmir, özüdə Parlamentin binasında? Guya Moskva Striptiz-barlarını saxlayan Parlament rəhbərliyinin ailəsi deyilmi? Guya gecə Bakı klublarında sərxoş vəziyyətdə deboşırlıq edən bizim deputatlar deyilmi? Guya avtoxuliqanliqla məşqul olan bizim deputatların uçaqları məşqul olan deyilmi? Süleymanov elə haray-həşir salır ki, guya bunlar on illərdir MM-də ciddi işlərlə məşğuldurlar. Heç olmasa, o bu haqda danışmasın. Dosyelər ortaya tökülsə, peşman olan özü olacaq.