“Satılmamaq üçün sahib olduğum mənzilləri sata-sata bu günə çatdım”
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl təqib olunur. O, bu barədə özünün feysbuk səhifəsində bildirib. “Məni axtaran bəzi orqanların nəzərinə: Rəsmi qeydiyyatda Bakıda olsam da, yaşadığım yer Tərtər rayon Sarıcalı kəndidir. Mənzilində müvəqqəti qeydiyyata düşdüyüm qohumlarımı narahat etməyin ( artıq ikinci dəfədir). 24 il işsiz qaldığım dövrdə, satılmamaq üçün sahib olduğum mənzilləri sata-sata bu günümüzə gəlib çatmışıq”,-deyə tanınmış ekspert qeyd edib. İlham İsmayıl onu axtaranları kəndlərinə qonaq da çağırıb: “Bu günlərdə kənddə rəsmi qeydiyyata da düşəcəm. Sözünüz varsa gəlin kəndə. Qəşəng narımız var, sizləri qonaq edərəm”,- sözləri ilə postunu tamamlayıb.
azadliq.info