Sentyabrın 15-də Milli Şura Bakının işğaldan azad olunmasının 101-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanında o zamankı Türk-İslam Ordusunun Bakı uğrunda savaşda şəhid olmuş əsgər və zabitlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Anım tədbirində AXCP sədri Əli Kərimli çıxış edib. Milli Şura sədri Cəmil Həsənli elmi fəaliyyəti ilə əlaqədar ABŞ-da səfərdə olduğundan, tədbirdə iştirak edə bilməyib.