Azərbaycanlı siyasi mühacirlərin “Demokrarik Azərbaycanı seç” (DAS) təşkilatının fəalları sentyabrın 13-də Almaniyanın Gissen şəhərində iki media orqanının – Giessener Allgemeine Zeitung və Gießener Anzeiger-in binası qarşısında Azərbaycanda siyasi məhbusları dəstəkləyən aksiya keçirib.
Bu barədə aksiyanın təşkilatçılarından Lamiyə Əhmədova məlumat verib.
Aksiyada çıxış edənlər Azərbaycanda vətəndaşların siyasi motivlərlə həbs edilməsini pisləyib və Almaniya KİV-ni buna laqeyd qalmamağa, Avropanın diqqətini bu ölkə ictimaiyyətinin probleminə yönəltməyə çağırıb.
Qeyd olunub ki, siyasi məhbusların sayına görə (119 nəfər) Azərbaycan dünyada liderlərdən biridir.