Türkiyədə terror: 4 ölü, 13 yaralı

Türkiyədə terror hadisəsi baş verib. Diyarbəkir vilayətinin Kulp və Muş şəhərləri arasındakı magistral yolda yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Partlayışı PKK törədib.
Yaralılar dövlət şəhər xəstəxanasına yerləşdirilib.
Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan hadisə barədə vilayət rəhbərliyindən operativ məlumat alıb. Bildirib ki, terroru törədənlərin tapılıb cəzalandırılması üçün hökumət əlindən gələni edəcək.
Vilayət rəhbərliyi məlumat verib ki, terrora məruz qalanlar odun toplamağa gedən kənd sakinləri olub.
Son dakika... Diyarbakırda alçak saldırı: 4 kişi şehit oldu, 13 kişi yaralandı