“Palmali” bәyanat verdi: “Gәmimizi batıra bilmәdiz vә heç vaxt bunu bacarmayacaqsız”
“Palmali” gəmiçilik şirkətinə məxsus Məmməd Əmin Rəsulzadə gəmisi başqa bir gәmi tәrәfindәn vurulub. Onu vuran Liberiya bayraqlı “Doric Warrior” gəmisi olub.
Şirkәtin yaydığı açıqlamada göstәrilir ki, gəmidə ciddi dağıntılar yaranıb. Hadisə baş verən an, gəmidə 14 nəfərlik heyət olub, lakin heç kim xәsarәt almayıb. Şirkətin ekspert qrupu hadisə yerindədir və dəymiş ziyan hesablanır.
Şirkətdən bildirlib ki, gəminin yüklü olması haqqında məlumat yanlışdır, gəmi ilk sifarişini alıb və limanda olub.
Hadisә barədə “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov da sosial mediada məlumat yayıb. Onun açıqlamasında deyilir ki, Rәsulzadә gәmisi dayandığı yerdә vurulub vә bu, cinayәtdir, hadisәnin üzәrinә sonunadәk gedәcәklәr. Rәsulzadә gәmisini vuran gәmi ondan 10 dәfә böyük olub, bununla belә Rәsulzadә gәmisi zәrbәyә tab gәtirib vә batmayıb.
Mübariz Mәnsimov feysbuk sәhifәsindә gәminin vurulması ilә bağlı video da paylaşıb.
Çok çok üzür istiyorum videoda yapılan konuşmaların olduğu kimi herkesle paylaşmak istedim Ermeni kökenli hayvanlar da seyretsin
Publicerat av Mubariz Mansimov Tisdag 13 augusti 2019
Bәzi ehtimallara görә, gәmi qәsdәn, batırılmaq üçün vurulub. Elә “Palmali”nin mətbuat katibi Fidan Quliyevanın yaydığı bəyanat da bu ehtimalı güclındirir. Bәyanatda deyilir:
“Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADE” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub. “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir. Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmək ücün gözləyirdi.
Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən, adı it dəftərində olmayan sayt bu insidenti baş xəbər edir. Təbii ki, bundan sonra “dost” media qurumları “Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən, yaxud yaralanların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, “MAMMAD AMİN RASULZADE” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, ay aman, gəmi köhnədir, yüklüdür.
Bir daha bəyan edirik: Ay millət, toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur! Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. VURĞULAYIRIQ: “MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”.
azadlıq.info