İlham Əliyev güc strukturlarının rəhbərlərini dəyişdi; Köhnə kadrlar yeni vəzifələrdə

usubov eyvazov mədət əli nağıyev ile ilgili görsel sonucu

İyunun 20-də ölkə başçısı İlham Əliyev güc strukturlarının rəhbərlərini dəyişmək barədə bir neçə sərəncam verib.

Ölkə başçısı daxili işlər naziri Ramil Usubovu bu vəzifədən azad edərək, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib. Usubovun DİN-də birinci müavini Vilayət Eyvazovu isə onun yerinə nazir təyin edib.

Bundan başqa Mədət Quliyev DTX-nın rəisi vəzifəsindən azad edilib. Onun yerinə Korrupsiyaya qarşı mübarizə İdarəsinin rəis müavini Əli Nağıyev təyin olunub. Mədət Quliyev isə bu ilin yanvarında prezident fərmanı ilə ləğv edilərək yerində Azərsilah yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir təyin edilib. Bu məqsədlə ölkə başçısı əlavə bir fərman da imzalayaraq Azərsilah ASC-nin yaradılması haqda 6 ay qabaqkı fərmanını ləğv edib.