Milli Şuranın sədri Cəmil Həsənli
Bunların əzvayişlərindən duyulur ki, yenə Əli Kərimliyə qarşı nəsə hazırlayırlar. Çünki bütün natəmiz şəbəkələrin Əli bəyə qarşı səfərbər ediblər. Doğrusu bütün ağlagəlməz cəfəngiyyatlar sınaqdan çıxarıdığı üçün ağlabatan bir şey edəcklərin düşünmürəm. Ölkənin müdafiə xərclərin əyri yollarla ofşor hesablara daşıyıb Əli Kərimlinin evinin qarşısında piket keçirib Qarabağı ondan tələb ediblər. Ssenariləşdirdikləri Nardaran hadisələrindən dərhal sonra adamı şiə radikalzmində, islam terror təəşkilatları ilə birləşərək konstitusyon qurluşu devirməyə cəhddə ittiham edib əleyhinə quduz kampaniya aparıblar. Başdan-başa Gülən şəbəkəsi ilə iç-içə olan Azərbaycan hakimiyyəti Türkiyədə bu şəbəkənin iflasından sonra Əli Kərimlinin yaxın ətrafında olan Cəbhəçiləri hizmət hərəkatının imamı kimi həbs edib maşınına məşhur YAP-çıların ön sözü ilə nəşr etdikləri dini ədəbiyyatı yerləşdirib bu dəfə onu sünnü radikalizmi ilə iş birliyində dövlət hakimiyyətini zorakı yolla ələ keçirmək cəhdində günahlandırmağa çalışıblar. Belə sərsəm iddialar suya düşdükdən sonra bu dəfə serial ittihamların, Gözəl xanımın çantasına atəlan dolların, Əfqan Muxtarlının cibinə yerləşdirilən avronun, Saleh Rüstəmlinin adına sənədləşdirilən saxta rubl qəbzlərinin hesabını da Əli Kərimliyə kəsmək istəyirdilər. Baş tutmadı, çünki bu ssenariləri hazırlayanlar hamısı İlham Əliyev qarışıq rus məktəblərinin məzunları olduğu üçün Münhauzenin sərgüzəştlərinin cazibəsinə düşmüşdülər. Allah bilir indi hansı sərsəm “əməliyyatı” hazırlayırlar. Atadan Balaya, süpürgəçidən bazar zənənlərinə qədər hər kəsi səfərbər edilər. Novxanı ziyarətində bunun kontrları göründü. Amma bu hələ hamısı deyil. Əli Kərimlini elə bir şeydə ittiham etməlidirlər ki, Qərbi də çaş-baş sala bilsinlər. Hərlənib – fırlanıb dinə “gəlməkdən”, islama “tapınmaqdan”, Amerikanın İrana təhdidləri fonunda mütəşəkkil şiə “silah anbarını” aşkarlamaqdan başqa ayrı carələri yoxdur. Amerika – İran qarşıdurması bir az da gərginləşsə Zakir Qaralovun Əli Kərimlini Azərbaycanda Hizbullahın əsas koordinatoru elan edəcəyi qaçılmazdır. Ona görə yaxın vaxtlarda cəbhəçiləri Höccətülislam kimi həbs etsələr, təəccübləməyin!