Eldəniz Quliyev
Dünәn biz – hacı Rövşәn vә mәn 6 saylı cәzaçәkmә müәssisәsindә, elәcә dә “Qobustan” qapalı tipli hәbsxanada olduq…
6 saylıda әvvәcә müәssisәnin rәisi Mәmmәd Mahmudovla, sonra isә siyasi mәhbus dostlarımız -AXCP fәalı Babәk Hәsәnli vә Müsәlman Birliyi Hәrakatının üzvü Әhsәn Nuruzadә ilә görüşdük. Qeyd edim ki, Ә.Nuruzadә hazırda 10 günlük “kars” cәzası alıbdır.Ölüm aclığına başlayıb. Ancaq bunlara baxmayaraq, hәr iki dostumuzun әhval-ruhiyyәsi vә mübarizә ruhu çox yüksәkdir.Vә hәr ikisi hәbsxana hәyatını siyasi vә mәnәvi mübarizә fәaliyyәtlәrinin tәrkib hissәsi kimi qәbul edirlәr.
Babәk bәyin, demәk olar ki, heç bir şikayәti yox idi, sağlamlıq durumu da qaydasındaydı. Biz hәbsxana rәisindәn Әhsәn Nuruzadәnin vaxtından әvvәl karsdan azad olunmasını xahiş etdik. Elә bilirәm ki, xahişimiz qәbul olundu.Rәis hәtta 10 dәqiqәdәn sonra Ә.Nuruzadә ilә şәxsәn görüşüb söhbәt edәcәyini vә mümkün olan kömәklik göstәrәcәyini dedi. Biz dә öz növbәmizdә, hәm öz adımızdan, hәm dә ,dostları vә anası adından Әhsәn bәydәn ölüm aclığını dayandırmasını xahiş etdik. Şükürlәr ki, xahişimizi yerә salmadı,- aclığı dayandırmaq qәrarı verdi.
Yeri gәlmişkәn, qeyd edim ki, müәssisәnin rәis müavini işlәyәn Zakir Bәdirxanov soyadlı birisinin adı kalonda baş verәn bütün mәkirli vә çirkli oyunlarda hallanır. Onun ifrat vә әdalәtsiz әmәllәri barәdә bir neçә nәfәrdәn eşitdik vә tәbii ki, öz narazılığımızı dәrhal rәis M.Mahmudova bildirdik. Rәis mәsәlәni aydınlaşdıracağını, müvaffiq tәdbir görәcәyini bildirdi.
Daha sonra biz “Qobustan” hәbsxanasında olduq. Vә yenә dә ilk olaraq bizi rәis Aftandil Ağayev qәbul etdi. Hacı Taleh vә hacı Mövsüm Sәmәdovla, o cümlәdәn Nardaran mәhbusu Cabbar Cabbarovla bağlı problemlәr haqda danışdıq. Bәzi mәsәlәlәr yerindәcә hәll olundu. Әvvәl hacı Taleh Bağırzadә ilә, sonra hacı Mövsüm Sәmәdovla, daha sonda isә Cabbar Cabbarovla görüşüb geniş vә sәmimi söhbәtlәr etdik. Dostlara, әqidәdaşlara vә doğmalara salam-dualarını dedilәr.
Gizlәtmirәm: şәxsәn mәn, bu işıqlı insanlarda olan iradәyә, Azadlıq eşqinә, Allah sevgisinә, lәyaqәt vә әzmkarlığa qibtә elәdim.
ALLAHIM, bu gözәl İNSANLARIN bağlı qapılarının açılmasına yardımçı ol! Amin!