Siyasi məhbusların məhkəmələrdəki son sözlərindən ibarət kitab nəşr olunub. “D18” Hərakatının çap etdirdiyi kitabın təqdimatı Müsavat Partiyasının qərargahında baş tutub. Tədbirdə siyasi liderlər, məhbus həyatı yaşamış siyasi fəallar, siyasi məhbusların ailə üzvləri və bəzi diplomatik korpus nümayəndələri iştirak edib.
Kitabda son 10 ildəki məhkəmə proseslərində söylənilən son sözlər toplanılıb. Siyasi məhbusların bütün koteqoriyalarının çıxışları əhatə olunub. Bununla yanaşı kitabda 2007-ci ildən sonrakı dövrdə həbs müddəti və həbsdən sonra ömrünü dəyişən siyasi məhbuslar barədə də məlumat verilib.
Tədbirdən hazırlanan videoreportajı təqdim edirik.
azadliq.info