“Səhhətində ciddi problemlər olan, müalicəsinə şərait yaradılması xahişi ilə dəfələrlə CÇM- nin rəhbərliyinə müraciət edən, 6 saylı CÇM- də saxlanılan Quliyev Elsevər rəhbərlikdən dərman istədiyinə görə döyülərək “kars”-a salınıb”. Bu barədə məlumatı hüquq müdafiəçisi Oktay Gülalıyev paylaşıb. O, bunu facebook statusunda yazıb: “Son günlər həbs yerlərində işgəncə hallarının sayı durmadan artır. İş o yerə çatıb ki, insanlara işgəncələr təkcə polis bölmələrində deyil, istintaq təcridxanalarında, hətta cəza çəkmə müəssisələrində verilir. Belə işgəncələrdən biri ailə üzvlərindən aldığımız məlumata görə 6 saylı CÇM- də baş verib…
Səhhətində ciddi problemlər olan, müalicəsinə şərait yaradılması xahişi ilə dəfələrlə CÇM- nin rəhbərliyinə müraciət edən, 6 saylı CÇM- də saxlanılan Quliyev Elsevər rəhbərlikdən dərman istədiyinə görə döyülərək “kars”-a salınıb (!?). Yaxınlarının bildirdiyinə görə onu ayağından asaraq, qollarına qandal vurub döyüblər (!?). Çox maraqlıdır ki, Quliyev Elsevərin uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Onun mədəsində yara var, tez- tez qaytarır, gözləri yaxşı görmür və s. Hal- hazırda onun vəziyyətinin çox ağır olduğu bildirilir, yaxınlarına görüş verilmir.
Keçən yazılarımın birində qeyd etmişdim ki, məhbuslara işgəncə verənlərin milli mənsubiyyətini və pisoloji durumunu araşdırmaq və onlar haqqında ölçü götürmək lazımdır. Bu sözlərimə görə mənə hüquq- mühafizə orqanları irad tutdu. Yaxşı, öz millətindən olan, ağır xəstəliklərdən əziyyət çəkən bir şəxsi müalicə etmək əvəzinə onun qoluna qandal vurub ayağından asanlara nə demək olar və onların cəzası nədir?
Qoy bu suala Pentensiar Xidmətin rəhbərliyi və aidiyyatı qurumlar cavab versinlər!”.