Milli Şuranın sədri Cəmil Həsənli
Şuşanın işğal günündə iki vətən qazisinin Apellyasiya məhkəməsi oldu. Gədəbəydə Başkənd əməliyyatının başçısı Saleh Rüstəmlinin və Qarabağ döyüşlərində yara alıb qazi zirvəsinə ucalmış Babək Həsənlinin. Cəbhə rəhbərliyində təmsil olanan Aqil Əli Məhərrəm və iki Qarabağ qazisi saxta, qurama, cəfəng bir ittihamla cəza alıblar. Cəza demişkən gənc vəkil Aqil Layicov bu işi hüquqi baxımdan qiymətləndirərkən çox sərrast formada dedi ki, bu işdə cəza var cinayət yoxdur. Tanınmış vəkil Cavad bəyin çıxışı da maraqlı idi. O, məhkəmə hökmü ilə bağlı qeyd etdi ki, bir cümlə 4 səhifədən ibarətdir və “cinayətin” izin bu 4 səhifəlik cümlədə tapmaq mümkün deyil. Biz həmin prosesi izlərkən üzbə-üz məhkəmə zalında oğlu öldürülmüş bir ananın fəryadı ərşü-əlaya qalxırdı. Oğlunun ölümünə görə fəryad etmirdi, hakimin öldürülmüş oğlunun qanını batırmasına görə fəryad edirdi. Eyni vaxtda, eyni saatda hər iki məhkəmə zalında ədalətin dəfn mərasimi gedirdi, İlham Əliyevin öldürdüyü, kəfənlədiyi, quyuladığı ƏDALƏTİN! Saleh Rüstəmlinin vəkilləri İlahə xanım və Bəhruz bəy hakim Namiq Məmmədovun sədirliyi ilə keçirilən prosesdə ədalətin dəfn olunma prosesinin kəfənini yırta bildilər. İttiham dağıldı, iddi lüt qaldı, hakimlər və prokuror lüt qalmış ittihama görüntü xatirinə cırıq bir don geyindirməyə belə cəhd etmədilər. Saleh bəy Rusiya vətəndaşıdır, Moskvada kiçik biznesi var. Amma mənəvi dünyası və vicdan meyarları o biznesdən çox böyükdür. Öz qanuni biznesindən və eyni dəyərləri bölüşdüyü kiçik iş adalarından 2-3 il ərzində 5-6 min dollar həcmində siyasi məhbus ailələrinə yardım edib. Saxta qəbzlər hazırlamaqla həmin 5-6 min dolları istintaq qaldırıb 712 min manata. Saleh bəyin “qanunsuz” biznes fəaliyyəti ilə bağlı çalışdığı Rusiyanın müvafiq orqanlarına sorğu göndəriblər. Həmin orqanlarda cavab verib ki, Saleh Rüstəmli qanuni bizneslə məşğul olur və dürüst bir iş adamı kimi vaxtlı-vaxtında vergisini ödəyir. Bir də axı necə ola bilər ki, yaşadığı ölkədə qanunsuz və qanuni bizneslə məşğul olan bir adamın Azərbaycan cinayət məcəlləsi ilə mühakimə edilməsi qanuna ziddir. Saleh bəy siyasi məhbus aiələrində kiçik həcmdə yardım göstərib. Vəkillərin dediyi kimi onun əməlində cinayət tərkibi yoxdur və dəfələrlə ayrı-ayrı şəxslərin belə yardımlarla bağlı sosial şəbəkələrdə marafon keçirməsi barədə çoxlu faktlar mövcuddur. Çirkli pulların yusulmasına gəldikdə isə Azərbaycan Landramartından fərqli olaraq Rusiyanın dövlət orqanları rəsmi sənəd göndərib ki, Saleh Rüstəmov qanuni biznes fəaliyyəti ilə məşğuldur və onun qazandığı vəsait dəmizdir, qanunidir və dürüstdür. Deməli Saleh bəyə qarşı irəli sürüllən bu ittiham da sübuta yetirilmir. Qaldı narkotika ittihamına. Saleh bəyi ötən ilin may ayının 8-də Bakıdan xüsusi əməliyyata keçirməyə gedən “Bandotdel” işçiləri Şəmkir postunda saxlayıb cibinə narkotika atıblar. Vəkil sual edir: Şəmkir polisi var, DİN-in Baş Narkotika idarəsi var, niyə bu orqanlar yox, Bakıdan xüsusi şəkildə göndərilmiş 30 nəfərlik “Bandotel” əməkdaşları tutur Saleh bəyi. Ən maraqlısı isə 2018-ci ildə Saleh bəydən “aşkarlanmış” narkotikanın ekspertizası 8 gün sonra deyil, 8 ay sonra keçirilir. Çünki Narkotika yalnız Saleh bəyi saxlamaq üçün ssenariya daxil edilmişdi. Bir də iş məhkəməyə göndəriləndə isintaqın yadına düşüb ki, bu narkotikanın ekspertizasın keçirmək lazımdır. İndi bu saxta işə görə Saleh Rüstəmliyə 7 il iş verməklə kifayətlənməyib bu məsələyə heç bir aidiyyəti olmayan qardaşının, bacısının, qardaşı və bacısı uşaqlarının bütün əmlakını, mal-mülkünə müsadirə qərarı çıxarıblar. Hətta, 1963-cü ildə anadan olmuş Saleh Rüstəmlinin 1955-ci ildə atası tərəfindən tikilmiş evi də bu müsadirə siyahısının içindədir. Bax, görünütü xatirinə məhkəmə islahatı haqqında yeni sərəncam imzalayan İlham Əliyev ölkənin hüquq sistemin belə dağıdıb, məhkəmə sistemin bu formada ironiyaya çevirilib, yalnız məhkəmələrdə deyil, büün ölkədə “ƏDALƏT” anlayışın belə dəfn edib.