Bu gün siyasi məhbus, AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədlinin 16 saylı cәzaçәkmә müәssisәsindә 2/3 ilә azad olunmasına dair müraciәtinә baxılıb. Müraciət tәmin edilmәyib.
AXCP sədri Əli Kərimli F.Əhmədliylə bağlı qəbul olunan qərara münasibət bildirib. Ə.Kərimlinin bununla bağlı sosial şəbəkədə yazdığı statusda deyilir: “Buyurun, bu da İlham Əliyevin məhkəmə islahatı – AXCP GK fəalı Fuad Əhmədli 100 faiz əsassız, yəni cinayət törətmədən, apardığı mübarizəsinə görə 4 il müddətinə həbs olunub. Fuad bəyi əvvəlcə köməkçim Faiq Əmirli ilə birlikdə Fətullah Gülənin adamı kimi həbs etmişdilər ki, məni Fətullah Gülənlə əlaqələndirsinlər. Bu iş çox absurd olduğundan alınmadı. Onda Fuad bəyi başqa bir absurd ittihamla həbs etdilər. Fuad bəy bir dostuna nişanlısının telefonunda kontur olub-olmaması haqda məlumat verib (Fuad bəy Nar mobileda işləyirdi), bununla da şəxsi həyata müdaxilə edibmiş (?) Həyasızlığın həddini və ya hədsizliyini görürsünüz? Bütün günü onun-bunun yataq otağını, telefonunu güdənlər Fuadı nədə ittiham ediblər. Fuad bəy 3 ilə yaxındır ki, həbsdədir. Bu gün cəzasının üçdə ikisini çəkdiyi üçün azadlığa çıxa bilərdi. İlham Əliyev burxmadı. Rejimin yumşalacağına, insafına deyil, yalnız öz mübarizəmizə güvənməliyik”.
Azadlıq.info