Bakı şəhərinin gözəllik salonlarının birində bizim Parlament spikerinin həyat yoldaşı Zemfira Əsədova deyib ki, o, kürəkəni Mehman Qocayevin doğum gününə bahalı hədiyyə edib. Bu hədiyyə də adi bir hədiyyə deyil – Londonda bir milyonluq penthauz!
Bəzən belə bahalı ədaların sorağı elə bu cür yerlərdən, qeybətxanalardan çıxaraq ətrafa yayılır.
Spiker Oqtay Əsədovun kürəkəni Mehman Qocayevin Londonun ən bahalı bölgələrindən olan St. Johns Wood-da 1 milyonluq penthauzu (mülkü) üzə çıxıb. O bölgədə ki, orda ölkənin ən zəngin milyarderləri, məşhur aktyorları və pop- divaları yaşayır. Həmin mülklə bağlı sənəddə bildirilir ki, penthauzun alınması üçün “Goldbek Investment” şirkətinə milyon funt vəsait ödənilib. Əmlakın alınması tarixi Mehman Qocayevin doğum günü ilə üst-üstə düşür. Hər ikisi yanvar ayının ikisi … Zemfira Əsədovanın sözləri təsdiqlənir. Mehman Qocayevin qaynanası doğum günündə ona bahalı bir hədiyyə edib, xalqdan oğurlanmış pullarla bir milyon funtluq penthauz alıb.
Mehman Qocayev kimdir?
Mehman Qocayevin London ilə heç bir biznes əlaqəsi olmamalıdır, əslində. İstehza doğuran məqam odur ki, Mehman Qocayev Azərbaycanda yüksək vəzifə tutur, o indi Bakı şəhər Prokurorunun müavinidir! Lap ənənəvi lətəfiyə bənzəyir: Bakı şəhər prokurorunun müavini Böyük Britaniyanın paytaxtında penthauz alır. Bəlkə artıq onu Londonda prokuror vəzifəsinə işə də göndərə bilərik?
Bu artıq Əsədovların da bütün dünyada əmlak sahibi olduğuna dair başqa bir sübutdur. Bir çoxları Əsədova bir qədər maymaq adam kimi baxırlar, onun ətraf aləmlə təmaslarının zahiri tərəfi belə bir görüntü yarada bilər. Amma hər halda, görünür, Əsədovlar da Əliyevlər hakimiyyətinin dəyişəcəyinin qaçılmaz olduğunu bilirlər. Bu həm də Azərbaycan iqtisadiyyatının etibarlı olmadığını göstərən faktdır. Parlamentin rəhbəri də heç bir əlaqəsi olmayan ölkələrdə daşınmaz əmlak almağa girişibsə, ümidini rəhbərlik etdiyi ölkədən kəsib deməkdir.
Prokurorluğun etibarına zərbə
Azərbaycanda prokurorluğun ali orqan deyil, banan orqanı olduğuna, onsuz da heç bir şübhə yeri yox idi.. Bir prokurorluq işçisinin Londonda bir milyon funt dəyərində əmlaka sahib olması isə hətta “qürurlu” da görünə bilər. Həm də elə həmin prokuror ki, o, hər zaman həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirib. Formula 1-dən ilhamlanan Mehman Qocayev çox bahalı, yüksək sürətli avtomobillərə meyllidir. Onu, adətən, 12 mühərrikli 200 000 avro(AUDI A8L WW12) dəyərində bir idman maşını ilə gəzən görürlər.
İdeoloji qohumluğun “SS” simvolikası
Ola bilərmi ki, bəlli ideologiyaya olan simpatiyasına görə, həmkarları işdə Mehman Qocayevi “SS” adlandırırlar. Ona məxsus 10-SS-500 nömrəli avtomobil tez-tez Prokurorluğun maşın parkında görünür. Ötən əsrin sovet filmlərində olduğu kimi. Bundan başqa, polkovnik işə “SS” nömrəli alman avtomobili ilə “Gestapo”da olduğuna bənzər formada gəlir.
Bu, bizim yerli prokurorumuz, spiker Oqtay Əsədovun qızının əri və Moskvadakı Bakı küçəsindəki “Kapriz” pritonunun sahibəsi Zemfira Əsədovanın kürəkənidir. Sadəcə, Azərbaycan paytaxtının prokuror müavinindən fərqli olaraq, 80 il əvvəlki Berlin gestaposunun rəis müavininin Londonda penthauzu olmayıb. Dəhşətlidir, bu ölkənin prokurorluq işçisi öz müqəddəs vəzifəsini yerinə yetirmək əvəzinə, qaynanasının xalqdan oğurlanmış pulları hesabına uzaq ölkələrdə penthauz alır. Moskva erməniləri isə o penthauzu alan spikerin xanımının “Kapriz” pritonunda əylənməkdədirlər.
Diqqət çəkən bir məqam da “divan” prokuroru Mehman Qocayevin zamanında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvləri arasında tez-tez görünməsi faktıdır. Prokuror Mahmudovun dəbdəbəli məclislərinə işdən daha çox vaxt keçirirdi. Məlum olduğu kimi, Oqtay Əsədov da keçmiş “UBXSS” şefinə deputatların biznesi barədə məlumatları ötürürmüş.
Sonda bir daha qeyd etmək olar ki, Milli Məclisin durumu böyük bir anekdot halına gəlib və o, xalqın inamını tamamilə itirib. Spikerin həyat yoldaşı Rusiyada priton saxlayır, Moskvada pethauzlar alır və özü də Nizami rayonunda uşaq bağçasının direktoru vəzifəsini daşıyır. Spikerin kürəkəni həyat yoldaşının puluna Londonda penthauz alır və Bakının prokuror müavini vəzifəsində çalışır. Bəlkə, bu Parlamenti ləğv etmək, doğrudan, ölkəyə daha faydalı olar.
Deyilənə görə, hələ Zemfira Kapriz sevimli kürəkəninə daha bir bahalı hədiyyə söz verib. O, yaya qədər Qocayevə general rütbəsi alacağını vəd edib. Niyə də olmasın? Gözləyək, yaşayıb görərik…
Xatırladaq ki, bu rüsvayçılıqlara etiraz olaraq sosial şəbəkələrdə #MilliKaprizaYox #ParlamentTelebEt haştağı altında parlamentdə islahatlar və sədrin istefasını tələb edən kampaniya gedir.
Zaur Əliyev