Azərbaycan məktəblərində baş verən zorakılıqlar, demək olar ki, mahiyyət baxımından başqa ölkələrdən fərqlənmir. Bu, faktiki olaraq, bir uşağın başqa uşaqlar tərəfindən çirkin şəkildə qısnanması və tez-tez xüsusi aqressiya ilə təqibə məruz qalmasıdır. Bizim məktəblər də illərdir bənzər hadisələrdən əziyyət çəkirlər. Zorakılığın səbəbləri və bu problemlə mübarizənin yollarıı haqqında bir jurnalist araşdırması apardıq…
“Bulling” nədir?
Məktəblərdə zorakılıq hadisələri hər zaman olub, lakin günümüzdə onların formaları dəyişib və daha fərqli çalar qazanıb. Hər gün Bakı məktəblərində onlarla uşaq zorakılığa məruz qalır. Zəngin ailələrdən olan uşaqların yoxsul uşaqlar qarşısında özünü üstün sayaraq dartması tez-tez rast gəlinən belə hərəkətlərdəndir. Yəni daha yaxşı təminatlı uşaqlar daha az təminatlı ailələrdən olan uşaqların qarşısında özünü dartmaqla onlara psixoloji təsir göstərir. Bundan başqa, məktəblərdə geniş yayılmış bir mənfi tendensiya da yeniyetmələr arasında bir-birlərini alçaldacaq zarafatlara və dedi-qodulara yol verilməsidir.
Mütəxəssislər yekdil olaraq bizimlə razılaşırlar ki, qısnamalar adətən “qüdrətli” ailələrdən olan zəngin uşaqlar tərəfindən başlanır. Bu alçaldıcı hərəkətləri müşahidə edən başqa uşaqlar ya onu qınayır, ya da buna qəzəblənirlər. Lakin zorakılığın qurbanı olan uşaqlar müqavimət göstərə bilməyəcəklərini və müəllimlərin də buna səssiz qalacağını başa düşdükləri halda, acizliklərini hiss edir və baş verənlərə təslim olurlar. Bu məsələ ilə bağlı “mobbing” anlayışı da var, amma o, zorakılığın daha yumşaq formasıdır. Bu neqativ hadisələr haqqında danışarkən aşağıdakı simptomlar qeyd edilməlidir:
– Zorakılğa məruz qalan adətən “zəifdir” (az təminatlı ailəsi ilə tanınır)
– Zorakılıq təkrarlanır və daimi xarakter almağa başlayır.
– Zorakılıq qurbanının reaksiyası kəskin emosiyalar şəklində ortaya çıxır.
Adətən, zorakılıq halları məktəblərdə baş verir və hər bir uşaq bu qısnamanın qurbanı ola bilər. Elina ilə bağlı hadisə də belə oldu. Çox vaxt belə qurbanlar diqqət çəkən uşaqlar olur. Məsələn, o uşaqlar ki, fərqli geyinir, fərqli davranır, saçlarını fərqli rəngdə boyadır. Zorakılıq edənlər də, əsasən, uğursuz valideynlər tərəfindən tərbiyə edilən uşaqlar olur. Bu uşaqlara da sevgi və qayğı lazımdır.
Təəssüf ki, belə uşaqlar başqa uşaqları alçaltmaqla özlərini təsdiq etmək istəyirlər. Zorakılığa meylli uşaqla ortaq dil tapmaq çətindir, ona görə də, uşağın güvəndiyi müəllim və valideynlərə müraciət etmək daha yaxşı olar. Elinanın müəllimləri belə nümunə ola bilmədilər. Əks halda, o hadisə baş verməzdi.
Belə faciələri önləmək üçün hər bir müəllim, hər bir məktəb rəhbərliyi uşağın şikayətini dinləməyə hazır olmalı və ona çox ciddi yanaşmalıdır. Elinanın vəziyyətində bu şikayət və istəklər, sadəcə, qulaqardına vuruldu. Bacarıqlı müəllimlər ilə uşaqlar arasında belə problemlər yaşanmır və əgər yaranırsa, dərhal həll edilir. Heç bir halda zorakılıq edənlərlə bağlı mövzu ört-basdır və qısnama faktı gözardı edilə bilməz. Bu problem ortaya çıxan kimi dərhal həll edilməlidir.
Bunu necə yoluna qoymaq olar?
Təəssüf ki, problemin həlli o qədər də asan deyil. Bütövlükdə təhsilə və sistemə kompleks yanaşma lazımdır. Əsas problem yoxsulların heç bir hüquqa malik olmadığı bir cəmiyyətdə zənginlərin və hakimiyyət sahiblərinin tam hüquqa malik olması məsələsidir. Neçə ki, cəmiyyətin ən hörmətli adları sırasında Zemfıra Əsədova və Sevinc Abbasova kimilərin adı çəkiləcək, millət vəkilləri və məmurlar xalqı terrora məruz qoyacaq, o cəmiyyətdə heç nə alınmaycaq. Bu məsələdə hansısa dəyişiklik etmək qərarı və ən başlıcası, istəyi lap yuxarı instansiyalardan gəlməlidir.
Bu şəklə baxın və orada məclisi Komitə sədri Hicran Hüseynovanın deyil, spikerin həyat yoldaşı və Moskvadakı striptiz klubun sahibi Zemfira Kaprizin idarəetməsinə diqqət yetirin. Hələ soyadına olan hörmət bir çoxlarını kürsüdən qalxmağa məcbur edən millət vəkili Rasim Musabəyov da “Parlamentin birinci xanımı”nın qarşısında məsum bir uşaq, itaətkar şagird kimi boynunu büküb oturub.
Təsəvvür edin, uşaq bağçasının direktoru Zemfira Əsədova Moskvada bir priton saxlayır. Biz hələ onun parlamentə rəhbərlik edən ərindən danışmırıq. Bir təhsil müəssisəsi rəhbərinin zombi kimi başqa bir ölkədə striptiz- bar saxlaması faktının özü qorxulu söhbətdir. Nazirlik hara baxır? Biz cavab verək. Nazirlik müdaxilə edə bilməz, çünki söhbət Zemfira Əsədovadan gedir. O, yalnız Moskvada pritonun sahibəsidir, amma Bakıda “Milli Məclisin birinci xanımı “dır.
Tanınmış bir jurnalist həmkarımın dediyi kimi, bu, həqiqətən, “parlamentarizmin çökməsi və apokalipsisi”nin kulminasiya nöqtəsi oldu. Sistem belə zombilərdən təmizlənməlidir. Deputatlar, məmurlar və onların ailələri işlə məşğul olmalıdırlar. Onlar xalqla birlikdə olmalı və problemlərin həllində onlara kömək etməlidirlər ki, həyat yaxşılığa doğru dəyişsin. Və biz heç bir halda daha bir Elinanın ölümünə imkan verməməliyik. Elina ilə bağlı baş verən hadisə cəmiyyətimizə mərhəmətli və yaxşı insan olmağı öyrənməkdə ibrət dərsi olmalıdır.
Zaur Əliyev