Keçmiş heykәl mәhbusu, ötәn ay afv sәrәncamı ilә azadlığa buraxılan vә buraxılandan 13 gün sonra 30 sutka müddәtinә yenidәn hәbs edilәn Bayram Mәmmәdovun sağlamlığında ciddi problem yaranıb. B. Mәmmәdov sutkalıq hәbs edilәndәn sonra ağır işgәncәlәrә mәruz qalıb. İndi bәlli olur ki, o, başından çoxlu zәrbәlәr aldığı üçün hәr gün qusur, başı gicәllәnir. Bu barәdә başqa bir keçmoş siyaso mәjbus İlkin Rüstәmzadә Binəqədi təcridxanasından çıxan məhbuslara istinadla məlumat paylaşıb.