Vahid Məhərrəmli
Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən 2019-cu ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı 18,8 faiz artaraq 245,7 milyon dollar təşkil etmişdir. Dəyər ifadəsində ət idxalı 8,7 milyon dollardan 12,6 milyon dollaradək, süd idxalı 1,6 milyon dollardan 1,7 milyon dollaradək, meyvə-tərəvəz idxalı 29,5 milyon dollardan 36,3 milyon dollaradək, buğda idxalı 37,8 milyon dollardan 55,4 milyon dollaradək, şəkər idxalı isə 7,1 milyon dollardan 20,8 dollaradək artmışdır. Aşağıdakı cədvəldə ölkəyə idxal olunan yeyinti məhsulları keçən illə müqayisədə fiziki çəkidə verilmişdir.