Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib.
Bunu dövlət başçısı xalqa müraciətində bildirib.
“Mən prezident kimi səlahiyyətimi başa vurmaq qərarını aldım. Bu il bu yüksək postu tutmağımın 30 ili tamam olur. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını vermişdi”, eks-prezident qeyd edib
Dövlət başçısı seçkiləri keçirilənə qədər Qazaxıstan Prezidenti səlahiyyətlərini Parlament Senatının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.
Qeyd edək ki, fevralda Qazaxıstan Konstitusiya Şurası dövlət başçısı Nursultan Nazarbayevin müraciətinə cavab olaraq ölkənin əsas qanununun respublika Prezidentinə səlahiyyətlərini vaxtından əvvəl təhvil verməyə icazə verdiyini bildirib.
Nazarbayevin 78 yaşı var. O, 1990-cı ildən Qazaxıstanın rəhbəridir.