Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Şöbəsinin fəalı Zamin Salayev redaksiyamıza müraciət edərək başına gələnlər barədə məlumat verib.
O, bu il iki dəfə inzibati qaydada həbs olunduğunu deyib. İlk dəfə ilin əvvəlində blogger Mehman Hüseynova qarşı baş verən haqsızlığa etiraz edəndə 30 sutka inzibati həbs olunub. Həbsdən çıxdıqdan sonra rayonun deputatı Əliağa Hüseynovun müxalifət haqda dediklərinə sosial çəbəkələrdə və mətbuatda öz mövqeyini bildirib. Bundan sonra AXCP fəalına təzyiqlər daha da artıb. Zamin Salayev bildirib ki, fevralın 25-də polis guya yol hərəkəti qaydasını pozmağa görə onu saxlayıb və Rayon Polis Şöbəsinə aparılıb. Polis Şöbəsində işəxsən polis rəisi Cəbrayıl Vəliyev tərəfindən döyüldüyünü bildirib. Şikayətçi polis rəisinin Prezident Admistrasiyasının şöbə müdiri və prezidentin köməkçisi Əli Həsənovun qaynı olmasını da deyib. Törətdiyi əməlləri isə öz qohumuna arxalanaraq etdiyini dilə gətirib.
Zamin Salayevin dediklərini izləyicilərimizə təqdim edirik.
azadliq.info