Tanınmış vəkil, bir çox siyasi məhbusların müdafiəçisi Bəhruz Bayramovun qardaşı Vüqar Bayramov təqib olunur. Vüqar Bayramov Milli Şuranın 19 yanvar mitinqindən sonra polislər tərəfindən izlənilir.
Bu barədə redaksiyamıza Vüqar Bayramovun özü məlumat verib. Onun bildirdiyinə görə, mitinqdən bir neçə gün sonra yaşadığı ünvana polis əməkdaşları gəlib, özü evdə olmadığına görə ailəsini sorğu-sual ediblər. Polis əməkdaşları Vüqar Bayramovun nə işlə məşğul olduğu, hansı səbəbdən mitqinqlərə qatıldığını soruşublar və bir daha belə tədbirlərə qatılmaması haqda xəbərdarlıq ediblər. Vüqar Bayramov hər mitinqdən sonra oxşar təqiblərlə qarşılaşdığını bildirib.