Spikerdən tutmuş sıravi deputatlara qədər hamısı avtomobilin nə üçün gərək olduğunu anlamırlar
Bu həftə ölümlə nəticələnən yol-qəza hadisəsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədildiyi ortaya çıxıb. Amma gəlin xırdalayaq, bu dərəbəylik xarakterli hərəkətlər nədən irəli gəlir. Necə olur ki, avtoxuliqanlıq şakəri Milli Məclis üzvlərinə qədər gedib çıxır?
Əlimizdə olan məlumatlardan biri ndə iddia edilir ki, Milli Məclisin deputatlarından biri hələ 2000- cilərin əvvəllərində Tovuz- Qazax istiqamətindəki yolda avtomobillə bir yerli sakini vurub öldürüb, üstəlik öldürdüyü şəxsin ailə üzvlərinə də hədə- qorxu gələərk məsələni basdırıb. Amma bu faktı hələ ki, araşdırırıq.
Amma parlamentin sədrinin də xidməti maşını avtoxuliqanlıq törədərkən radarlara düşüb. Sonradan məlum olub ki, 10-AA-401 dövlət nömrə nişanlı avtomobil parlament sədrinin həyat yoldaşı Zemfira Əsədovaya məxsus imiş. Svetoforun qırmızı işığının sönməsini gözləmədən irəli şığıyan xanım Əsədova az qala dəhşətli bir yol- qəza hadisəsinin ya qurbanı olacaqdı, ya da kimisə öz diqqətsizliyinə” qurban edəcəkdi.
Spiker Oqtay Əsədovun həyat yoldaşının da avtomobili "xuliqanlıq"la radara düşdü, amma bu dəfə qurbansız ötüşdü…
Publicerat av Kanal Turan Fredag 22 februari 2019
Əgər Milli Məclisin Sədrinin həyat yoldaşı da qırmızıdan keçirsə, qanuna məhəl qoymursa, deputat niyə maşınla adam vurmasın,
Əgər Milli Məclisin sədri dünyanın hər küncündə torpaq-mülk alırsa, niyə Cavanşir Feyziyev Porshe almasın…
İlham Əliyevin dünyanın bütün ölkələrinin hər birində bir villa alırsa, spiker də ona baxıb canını oda yaxır”, üstəlik, belə düşünməkdə haqlıdır ki, başqa ölkələrdə mülkiyyət sahibi olmaq, yalnız kapital qoyuluşu deyil, həm də günün birində çemodanları daşımaq üçün təhlükəsiz ünvandır.
azadliq.info