Noyabrın 22-də axşam, iş gününün sonunda Bakı Apelyasiya Məhkəməsində AXCP üzvləri Ruslan Əmirov, Cavid İbrahimov və Ağababa Cəfərovun haqqında 20 günlük inzibati həbs qərarından verilmiş şikayətlərə baxılıb.
Onlar noyabrın 17-də, Dirçəliş günündə izacəsiz yürüş keçirmək ittihamıyla saxlanılaraq Səbail Polis İdarəsinə aparılıblar. Noyabrın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 20 sutka verilib.
Apelyasiya Məhkəməsində R.Əmirovun şikayətinə hakim Əflatun Qasımov, C.İbrahimovun şikayətinə İlqar Murquzov, A.Cəfərovun şikayətinə isə Rizvan Səfərov baxıb.
Cəbhəçilər qərarın əsassız olduğunu deyib, onun ləğvini istəyiblər. Onlar Şəhidlər xiyabanını ziyarət etməyin qanunla qadağan edilmədiyini, bu səbəblərdən hərəkətlərində hər hansı qanunsuzluğun olmadığını deyiblər.
Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinni qərarını qüvvədə saxladığından, AXCP üzvləri Avropa Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.